Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi

05 iyun 2025-ci il tarixdə Masallı rayonunda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edilmişdir.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Akif Həmidov, idarənin əməkdaşları və media nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin və Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksində şəhidlərin abidəsi önünə tər gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad etmişlər.
Tohid Hüseynov meliorasiya işçilərini rayon rəhbərliyi adından peşə bayramları münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Su təsərrüfatı və meliorasiya işçiləri dövlətimizin diqqət və qayğısına cavab olaraq əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatı, mövcud meliorasiya və su təchizatı sistemlərinin qorunub saxlanılması istiqamətinə qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəklərini bildirdilər.
Sonda iştirakçılar tərəfindən idarənin Vətən Müharibəsində şəhid olmuş əməkdaşı Niyaməddin Sultanzadənin məzarı ziyarət olunmuşdur.



