• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rafiq Bağırov –80

    Rafiq Bağırov –80


    İllərin sınağında

    Cəmiyyətdə alnıaçıq, üzüağ insandır Rafiq Bağırov. Yaşadığı ömrün işığı indi  ixtiyar çağında bu yolu nurlandırır. Neçə-neçə idarədə çalışıb hörmət qazanan bu insan indi rayonun sayılıb-seçilən ağsaqqallarındandır. Özünün dediyi kimi ağsaqqal cəmiyyətin aparıcısıdır, insanların məsləhət-məşvərət üçün müraciət etdikləri şəxsiyyətdir. Onunla sirdaş olurlar, söz deyir, məsləhət alırlar. Ailə münaqişələri, qonşu narazılıqları olur. Belədə gərək ağsaqqallığını göstərə biləsən. Onda adam mənən rahatlaşır, yaşadığı ömrün şirinliyini dadır. Gəncliyimdə də qocalığımda da həmişə barışdırıcı mövqe tutmuşam. Qarışdırıcı insanlar Şeytan timsalında olur və Tanrı tərəfindən lənətlənir. Allahın verdiyi ömrü  elə yaşamalısan ki, əbədi dünyaya köçəndə də səni xatırlayan, yadda saxlayan olsun. Onda ruhun da sevinəcək.
    Rafiq Bağırovun ömür yoluna nəzər salanda çalışdığı idarə və müəssisələrdə qazandığı hörmətin şahidi olursan. Gəncliyində onunla çiyin-çiyinə çalışanların  bir çoxu dünyasını dəyişsə də yaşayanları bu gün də onun məsuliyyətini, iş bacarığını, həmkarına, işçisinə qayğı ilə yanaşdığını qeyd edirlər.

    Bax, Rafiq müəllimin xoşbəxt insan olduğunu haqqında söylənilənlərlə ölçmək olar.
    Kimdir Rafiq müəllim? Öz dəst-xətti ilə yazdığı ömürlüyinə nəzər salaq.
    1942-ci il rayonun Boradigah kəndində anadan olan Rafiq Həsən oğlu Bağırov atası Böyük Vətən müharibəsində halak olandan sonra Masallı qəsəbəsinə köçmüş, 1950-ci ildə burada 1 saylı orta məktəbdə oxumuşdur. Məktəbi bitirəndən sonra Bakı şəhərində 1968-ci ildə Neft Texnikumunu bitirmiş, Avtomobil nəqliyyatının istismarı ixtisasına yiyələnmişdir.
    Elə həmi il Masallı rayonunda işlə təmin olunmuş, ilk əmək fəaliyyətinə MTS-də başlamışdır.
    Müəssisənin tələbatına görə əvvəlcə burada texniki normalaşdırıcı, sonra isə təmir emalatxanasında nəzarətçi mühəndis vəzifəsində çalışmışdır.
    Müəssisənin fəaliyyətində fəallıq göstərən gənc Rafiq partiya sıralarına keçərək burada  kommunistlərə rəhbərlik etmişdir. Müəssisənin iş əmsalını yüksəltmək, işçilərin əmək haqqlarını artırmaq, intizamı möhkəmləndirmək sahəsində bacarığını, istedadını göstərirdi.
    Rayon rəhbəri Rafiq Bağırovun idarəetmədə səriştəsini görüb onu Sabir adına sovxozda partiya komitəsinin katibliyinə qərar verir. Bir neçə ildən sonra rayon partiya komitəsi onu Bakı Ali Partiya Məktəbinə göndərir. R.Bağırov imtahanları müvəffəqiyyətlə verib dördillik müdavimlik dövründə partiya işini daha mükəmməl öyrənməsinə  nail olur.
    Rayona qayıdanda Nizami adına sovxoz partiya komitəsinin katibi vəzifəsində çalışır.

    Rayon partiya komitəsi gənclərin irəli çəkilməsi ilə  əlaqədar gənc Rafiqi 1978-ci ilin mayında RPK-ya  təlimatçı vəzifəsinə gətirir. O, vəzifədən-vəzifəyə püxtələşir, verilən partiya tapşırıqlarını məsuliyyətlə həyata keçirirdi. İki ildən sonra ona daha mühüm sahə tapşırıldı.
    1980-ci ildən Masallı Rayon  Maddi Texniki Təchizat və Mexanikləşdirmə müəssisəsinə müdir vəzifəsinə irəli çəkildi.
    İdarə rayonun bütün təsərrüfatlarının  texniki təchizatını həyata keçirdiyindən iş prosesi çox çətin idi. Lakin Rafiq Bağırov bu çətinliyin qarşısında bacarıqla, məsuliyyətlə dururdu.
    Ölkəmiz müstəqillik qazanandan sonra Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasına  daxil olmaqla rayonun ictimai-siyasi işlərində fəallıq göstərən partiyanın ilk üzvlərindən olan Rafiq Bağırovun sonralar partiyanın boy sıralarının gənclərin hesabına artırılmasında  əməyi  olmuşdur.

    1994-cü ildən 2001-ci ilə kimi RİH-də Ərazi İdarəetmə şöbəsinin müdiri vəzifəsində çalışmış, eyni zamanda kənd təsərrüfatının inkişafında da əməyini əsirgəməmişdir. Beş ilə yaxın şəhər ərazi nümayəndəsinin müavini vəzifəsində çalışmışdır.
    Rafiq Bağırov hər vəzifəsində hörmət qazanmış, işçilərin, ona müraciət edənlərin yaddaşında qalmışdır.
    R.Bağırov özü bu barədə fikrini belə ifadə edir:

    -Sənə hansı postu tapşırırlarsa orada bacarığını, məsuliyyətini göstərməlisən. Axı insanlar qayğıya, xoş sözə möhtacdırlar. Sənə müraciət edirlərsə, deməli ümid yeri bilirlər. Sənin də borcun onları dinləmək, istəklərini həyata keçirməkdir.
    Rafiq Bağırov yaşadığı ömrə görə Ulu Tanrıya şükranlıq, bütün uğurlarına görə ona minnətdarlıq edir. Tanrıya sədaqət, insanlara sevgi bəsləyən müsəlman kimi müqəddəs Kəbənin  də ziyarətində olub, Allahdan günahlarına görə aman diləyib, dünyanı qarışdıran Şeytana daş atıb.

    Ömrün piraniliyində də cəmiyyətdə alnıaçıq olmaq, elin xeyir-şərində iştirak etməkdən  böyük səadət ola bilməz.
    Rafiq Bağırova 80-də, 90-da  da cansağlığı, ömrünü mənalı yaşamağı arzulayırıq.



    Həsənağa ƏLİYEV.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ