• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ömrün müdriklik zirvəsi

    Ömrün müdriklik zirvəsi

    Ömrün müdriklik zirvəsi


    Gözəl ad dünyada mənalı ömür yaşamağa, mənəviyyat zirvəsini fəth etməyə doğru ilk addımdır. Övladlarına gözəl adlar qoymağı Xatəmul-Ənbiya Peyğəmbərimiz Muhəmməd salavatullah bizlərə tövsiyə etmiş, müsəlmanlara xitabən buyurmuşdur: “Övladlarınıza gözəl adlar qoyun! Çünki Axirət günündə siz adlarınızla çağırılacaq, əməllərinizlə tanınacaqsınız!”. Şəxsiyyəti, malik olduğu mənəvi-əxlaqi keyfiyyətləri ilə mənə dogma qardaş qədər əziz, yaxın olan - FƏTTAH HEYDƏROV tam 80 ildir ki, ləyaqəti, imanı, vicdanı ilə Rəbbimizin gözəl adlarından birini daşıyır.
    Fəttah Heydərov ömrün müdriklik zirvəsini fəth etməyə doğru gedir. İzzət və cəlal sahibi uca Rəbbimiz hər bir insanın taleyini doğuluşundan müəyyənləşdirir və qismət payını öz kəraməti ilə bölüşdürür. Fəttah Heydərov kimi ictimai-siyasi xadimin, el ağsaqqalının həyat yoluna, ictimai xidmətlərinə və insani keyfiyyətlərinə nəzər saldıqda, tam əminliklə deyə bilərik ki, Allah-Təala onu öz ilahi lütfü ilə şərəfləndirmişdir. Necə ki, müqəddəs kitabımız Qurani-Kərimdə bu barədə buyurulur: “...Şübhəsiz ki, lütf Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah çox böyük kərəm sahibidir!” (Hədid surəsi, 29).

     
    Bir çox şəxsiyyətlər kimi Fəttah Heydərovun da ömür yolu şərəfli və nəcib bir ailədən başlayır. 80 il əvvəl, 1938-ci ilin 23 fevral günü bu dünyaya gələndə ona Əsmaul-hüsnadan - Allah-Təalanın 99 gözəl isimlərindən birini seçib verdilər. Qədim yurdlarımızdan olan Naxçıvanın Çeşməbasar kəndinin sayılıb-seçilən sakini, iman sahibi Səməd kişi yeni dünyaya gəlmiş oğluna Əbdülfəttah adını hədiyyə etdi. Fəttah adının mənası - rəhmət qanadını açan və çətinlikləri asanlaşdıran anlamına gəlir. Fəqət dövrün sovet rejimi uşaqlarına ad qoyarkən belə valideynlərə ideoloji müdaxilə etməyi özünə borc bilərdi - Əbdülfəttah adını dini yönümlü hesab edərək adını Fəttah yazdılar. Adını valideynləri, taleyini Allah verdi, əməlləri və şəxsiyyəti sayəsində isə bizim tanıdığımız, dərin hörmət bəslədiyimiz, dostumuz və qardaşımız Fəttah Heydərov adlı görkəmli ictimai xadim zirvəsinə yetişdi.
    Fəttah müəllimi həmişə “dost”, “qardaş” adlandırmışam. Bu kəlmələrin mahiyyətini, məsuliyyət yükünü dərindən anlayan biri kimi fərqindəyəm ki, ona belə bir müraciətimlə dostluq-qardaşlıq dəyərləri bir az da yüksəlir. Eyni ürək açıqlığı ilə onun adının qarşısına müəllim sözünü yazdığım kimi, bu əziz dostumu ağsaqqal da, ziyalı da, millət vəkili də, Əhli-Beyt aşiqi kimi Kərbəlada, müqəddəs Allah evində Kəbə ziyarətlərinin qazandırdığı titulla Hacı Fəttah da adlandıra bilərəm.
    Fəttah müəllimin yaşadığı ömür Allah-Təalanın bir insana əta elədiyi ali keyfiyyətləri şəxsində bir araya gətirmiş insanlar haqqında dilimizdə istifadə olunan bu tutumlu, sanballı ifadənin məzmununa uyğundur: keşməkeşli, məsuliyyətli, çətin, amma bir o qədər də şərəfli, ləyaqətli, bir sözlə, əsl insanlıq salnaməsi!
    Rəsuli-Əkrəmin (s) hədisində deyilir ki: “Heç bir ata övladına gözəl tərbiyədən daha böyük bir hədiyyə verə bilməz”. O dövrün bütün sovet adamları kimi dolanışıqlarını, gündəlik ruzilərini min bir zəhmətlə qazanan ata-anası körpə ikən Fəttah müəllimə böyük maddi sərvət bəxş eləmədilər. Amma ona elə bir tərbiyə verdilər ki, bu mənəvi fərqlə həmişə başqalarından seçildi, öz ailəsinin, elinin-obasının başını həmişə uca etdi.
    Həzrət Əli (ə) buyururdu ki, insanlar ata-analarından daha çox öz zəmanələrinin övladları olmalıdırlar. Fəttah müəllimin özündən, ailə üzvlərindən və dostlarından eşitdiyim söhbətlərə, xatirələrə əsasən deyə bilərəm ki, uşaqlığı Stalin repressiyasının, müharibənin ağrı-acıları dövrünə təsadüf edib. Ömrün ən gözəl və qayğısız çağlarını tarixin çətin dövründə yaşayıb, gərgin vaxt mühitində keçirib. Fəttah müəllimin yolu yaşının erkən çağlarından bəri ədalət, vicdan, insanlara və bununla da ümumilikdə xalqına xidmət yolu olub. Çalışdığı bütün işlər, daşıdığı bütün vəzifələr də bu məqsədə xidmət məramı daşıyıb. Orta məktəbi bitirəndən sonra 17 yaşında Naxçıvandakı Güznut kənd klubunun müdiri kimi işə başlayıb. Yerlərdə mədəniyyətin təbliğini, əhalinin mədəni tədbirlərə cəlb olunmasını ən vacib işlərdən biri bilən sovet sistemi onun kimi zəki yeniyetmələrin təşkilatçılıq bacarığından istifadə etməyə çalışıb. Amma təhsildən də uzaq düşməyib. Hələ ali məktəb diplomu olmadan, 20 yaşında Çeşməbasar məktəbində dərs deməyə başlayır. O zamanlar yerlərdə müəllim kadrlar çatışmadığından bu təcrübədən əksər bölgələrdə istifadə olunurdu.
    1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1964-cü ildə ali təhsilini başa vurub, müəllim adını universitet diplomu ilə rəsmiləşdirib. Özünün dediyinə görə, niyyəti bu sənəti davam etdirmək, riyaziyyat sahəsində elmi tədqiqatlar apararaq alim kimi tanınmaq olub.
    Amma onun həyat yolu başqa cür müəyyənləşir. Tale onu Naxçıvan Vilayət Partiya Komitəsinə aparır. 1968-ci ildə burada təlimatçı vəzifəsində çalışmağa başlayır. Təşkilati sahədə bacarığını, yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, gələcək perspektivlərini, bir gənc ziyalı , ictimai-siyasi xadim kimi cəmiyyətə verə biləcəyi faydaları nəzərə alıb onu Bakı Ali Partiya Məktəbində siyasi təhsil almağa göndərirlər. 1975-ci ildə ikinci ali təhsilini də başa vurur və təşkilati-siyasi işlərdə yeni bir yola qədəm basır.
    ***
    İnsanın doğru zamanda doğru insanlarla rastlaşması, dürüst bəndələrin bir-birinə pasiban olması Yaradanın bəxşişidir. Xoş halına ki, Pərvərdigar bu lütfünü Fəttah müəllimdən əsirgəmədi. Uzaq 70-ci illərdə, ulu öndər Heydər Əliyev həzrətlərinin timsalında onu həyatının ən böyük xeyirxahı ilə rastlaşdırdı. O vaxt ulu öndər Azərbaycan rəhbərliyinə yeni gəlmişdi. Respublikanın rifahı, abadlaşması üçün qurduğu yeni kadr komandasında sağlam əxlaqa, dövlətçilik məfkurəsinə və bir o qədər də vicdana, fəzilətə malik gənclərə ehtiyacı vardı.
    Heydər Əliyev həzrətləri belələrini Azərbaycanın bütün bölgələrində axtarırdı, tapırdı, irəli çəkib yetişdirirdi. Fəaliyyətinə göz qoyub Vətənin gələcəyi üçün daha yüksək məsuliyyət pillələrinə hazırlayırdı. Belə gənclərdən biri də Fəttah Heydərov olur.
    O da Heydər Əliyev komandasındakı vətənpərvər, savadlı və dürüst, göstərilmiş etimadın məsuliyyətini dərk edən gənc kadrlar sırasında öz yerini tutur. Ulu öndər yüksək etimad göstərərək 1970-ci ildə, cəmi 32 yaşında onun Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi kimi mühüm vəzifəyə təyinatına xeyir-dua verir.
    Allah-Təala Fəttah müəllimə bir dövlətçilik ustadı kimi Heydər Əliyevin səriştəsindən bəhrələnmək fürsəti nəsib edir. Bu böyük şəxsiyyətdən öyrənməyə, görüb- götürməyə çalışır. Ona görə də Fəttah müəllimin həyatından Heydər Əliyev adı parlaq xətt kimi keçir.
    Heydər Əliyev kimi böyük dövlət adamından, ilk növbədə, gördüyü işə, tutduğu vəzifəyə vicdanla yanaşmağı, nəcib əməllər sayəsində insanlar üçün faydalı olmağı öyrənir. Heydər Əliyev nümunəsində dərk edir ki, bir insanın Rəbbimizin nəsib etdiyi vəzifə səlahiyyətləri çərçivəsində başqalarına yaxşılıq etməsi imandandır. Gördüyü işə vicdanla yanaşmaq, göstərilmiş etimadı layiqli işi ilə doğrultmaq, insanlar arasında gözəl əməl sahibi kimi ad qazanmaq və həmin vəzifədən gedəndən sonra da yenə bu adla xatırlanmaq böyük şərəfdir.
    Hərdən vaxtilə Fəttah müəllimin rayon rəhbərliyi dövründə Ordubadda, Culfada yaşamış insanlarla rastlaşıram. Aradan illər keçib, nəsillər dəyişib. Amma o yerin adamlarının indi də əziz dostum haqqında necə böyük sevgi ilə danışdıqlarına şahid oluram. Çünki Fəttah müəllim ona həvalə edilmiş dövlət vəzifələrində uğurlu fəaliyyəti ilə insanlar üçün həmişə yaxşı işlər görüb. Rəhbərlik etdiyi rayonlarda təsərrüfatı inkişaf etdirərək xeyli irəli aparıb. İrəli sürdüyü faydalı təşəbbüslərlə əhalinin sosial vəziyyətini yüksəldib.
    1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin deputatı olanda da, 1976-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının əhaliyə məişət xidməti naziri vəzifəsində işləyəndə də, 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR mədəniyyət naziri vəzifəsində çalışanda da,1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı olanda da eyni cür davranıb.
    Rəhbərliyin də, sadə insanların da ona olan ümid və etimadını doğrultmaqdan ötrü gecə-gündüz çalışıb. Heydər Əliyev həzrətlərindən əxz etdiyi dövlət ərkanı, məmurluq ədəbi ilə Fəttah müəllim də həmişə o insanlardan olub ki, tutduğu vəzifələr mənəviyyatına zərrə qədər də olsun xələl gətirməyib. Bütün vəzifə öhdəliklərindən əvvəl bir ziyalı kimi daim öyrənib və əməlləri ilə başqalarını da öyrədib.
    ***
    Fəttah müəllim ulu öndərə həmişə böyük ustad, müdrik müəllim kimi yanaşıb və bacardıqca bu ustadlıq haqqını ödəməyə çalışıb. Ona görə də Heydər Əliyevin siyasi fəaliyyətinin davamında, daha da dəqiqləşdirsək, 1991-ci ildən - Azərbaycanın müstəqilliyə qovuşduğu dövrdən başlanan yeni siyasi missiyasında Fəttah Heydərov hər zaman ulu öndərin yanında görünüb.
    Heydər Əliyevin Moskvadan Vətənə dönüşü böyük bir tarixdir. Onun Naxçıvanda qaynar siyasi həyata atılması milli dövlətçilik tariximizin son dərəcə əhəmiyyətli parçasıdır. Heydər Əliyev həzrətlərinin Fəttah müəllimə yüksək münasibətinə, etibarına, etimadına şəxsən şahid olmuşam. Əminliklə deyə biləcəyim budur ki, Heydər Əliyev kimi siyasət cahangiri Fəttah Heydərovun sədaqətinə, vəfasına daim inanırdı, bu insanı əqidə silahdaşları sırasında qəbul edirdi.
    Fəttah Heydərov 1995-ci ildən həyatını Bakı ilə bağlayıb. Məsuliyyətli, gərgin həyatı yeni bir dönəmə qədəm qoyub. Həmin ildən Azərbaycan Milli Məclisinin deputatı, cəmiyyətdə böyük nüfuza malik ziyalı kimi aparılan dövlət quruculuğu işlərinə çiyin verib.
    Fəttah müəllim ulu öndərin şah əsəri müstəqil Azərbaycan dövlətinə bu gün böyük ləyaqətlə rəhbərlik edən, bizi xalq olaraq tariximizin ən böyük uğurlarına yetirən İlham Əliyev həzrətlərinə sonsuz sədaqətlə xidmət etməkdədir. Beş çağırışdır ki, seçicilərinin yüksək etimadı ilə millət vəkili mandatını alan Fəttah müəllim Azərbaycan Respublikası Milli Məclisinin Hesablama komissiyasının sədri, Regional siyasət məsələləri komitəsi sədrinin müavinidir. Müqəddəs dinimizin baş məbədlərinin yerləşdiyi ölkə - Səudiyyə Ərəbistanı ilə parlamentlərarası dostluq qrupunun rəhbəridir.
    O, əsl xalq adamıdır. Daim seçicilərinin, ona etimad göstərmiş Qəbələ sakinlərinin yanındadır. Bu gün Qafqazın turizm mərkəzinə çevrilən Qəbələnin inkişafında, təsərrüfat təcrübəsinə malik Fəttah müəllimin böyük əməyi var.
    Əslində isə o, parlamentdə tək Qəbələni yox, bütün Azərbaycanı təmsil edir. Bütün dairələrdən olan insanların sözünü, istəklərini, problemlərini ağsaqqal təmkini ilə yerinə yetirir. Onlara kömək olmağa çalışır, əsl iman və fəzilət sahibi kimi əl tutmaqdan, yaxşılıq etməkdən yorulmur.
    ***
    Mənim qardaşım Hacı Fəttahla çoxsaylı yol yoldaşlığımız, uzaq ellərə birgə səfərlərimiz olub. Dəfələrlə müqəddəs Kəbə evini ziyarət etmişik, bərabər ibadətlərdə olmuşuq. İslamın mərkəzində dinimizin rəsmi təmsilçilərinin ona göstərdikləri ehtirama, sözünə verdikləri yüksək dəyərə şahid olmuşam. Səudiyyə Ərəbistanından ölkəmizə səfərə gələn hər bir rəsmi şəxs də, parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Fəttah müəllimlə görüşməyi özünə borc bilir. O, ölkəmizi layiqincə təmsil edən görkəmli ziyalı, ictimai-siyasi xadim olaraq islam dünyasında böyük ehtiram sahibidir.
    İş elə gətirib ki, biz rəhbərlik etdiyimiz qurumların fəaliyyətində də çiyin-çiyinəyik. Qafqaz Müsəlmanları İdarəsinin mühüm tədbirləri Fəttah müəllimsiz ötüşməz. Fəttah müəllimin rəhbəri olduğu Ağsaqqallar Şurasının iclaslarında isə mən mütəmadi iştirak edirəm.
    Ağsaqqallıq, böyüklük müsəlman dünyasının, islam fəlsəfəsinin əxlaqi dəyəridir. Dəyərləri isə qoruyan, ucalığında saxlayan, nəsillərdən-nəsillərə ötürən insanlardır, onların münasibətləridir. Ta qədimlərdən böyüklərə hörmət ruhu, ağsaqqal-ağbirçək sözünün müqəddəs tutulması xalqımızın mənəvi dünyasının zənginliklərindən olub. Əfsus ki, son onilliklərin keşməkeşləri, xalqların mənəvi dəyərlərini gözdən salmağa yönəlmiş qlobal proseslərin təsiri, kütləvi mədəniyyət erası, gənc nəslin bəzən yanlış meyillərə yönəlməsi ağsaqqal nüfuzuna müəyyən qədər xələl gətirməkdə idi. Belə bir vaxtda Azərbaycan Ağsaqqallar Şurası sədrliyinə Fəttah Heydərov kimi nüfuzlu ziyalımızın, cəmiyyətdə sayılıb-seçilən ictimai-siyasi xadimin gəlişi vəziyyəti tam dəyişdi. Artıq 4 ildir ki, cəmiyyətimizdə bu qurumun səsi xeyli hündürdən eşidilir, ağsaqqal nüfuzu yenidən yüksəlir. Ağsaqqal müdrikliyi, ağsaqqal bəsirəti gənclərimizin güc və enerjisi ilə birləşərək Azərbaycan dövlətçiliyinin gücünə güc qatır.
    ***
    Xoşbəxt o kəsdir ki, uşaqlığında ata-anasının və böyüklərinin, cavanlığında özünün və ailəsinin, ixtiyar yaşlarında isə oğul-uşaqlarının nəcib adları, saleh əməlləri ilə nişan verilsin. Onu ömrünün müxtəlif mərhələlərində təmiz adlı kiminsə övladı, sonra kiminsə atası, babası kimi tanısınlar.
    Fəttah Heydərov bu mənada xoşbəxt insandır. Azərbaycan dövlətinə, milli dövlətçiliyimizin təməlini təşkil edən Heydər Əliyev irsinə sədaqət, bu siyasətə dönməz xidmət bu gün Fəttah müəllimin özü kimi övladları, Heydərovlar nəslinin yeni davamçıları üçün vicdan və şərəf məsələsidir. Onun ailə təməlindəki müqəddəsliyə ehtiram hissini daim uca tutan, möminliyi və xeyirxahlığı ilə tanınan Hacı Sahibə xanım kimi imanlı və xeyriyyəçi həyat yoldaşı, dövlətimizin mənafelərinə sədaqətlə xidmət edən ləyaqətli övladları, qürur və sevinc mənbəyi olan nəvələri, nəticələri var.
    Onlar bu yola sadiqlikləri ilə Azərbaycana öz töhfələrini verirlər. Və hər birinin əməllərində, davranışlarında da Fəttah müəllimdən əxz olunmuş ağsaqqal ədəb-ərkanını, tərbiyəsini, xeyirxahlığını, insanlara sevgi və hörmət hissini görürük.
    Fəttah Heydərov insanlara mərhəmət göstərməyi, qəlbinin sevgisindən, çöhrəsinin təbəssümündən, işığından xoş bir pay verməyi, onlara təmənnasız yardım etməyi özünə mənəvi borc bilir. Elimizin-obamızın minillərdən gələn ağsaqqallıq dəyərlərini XXI əsrin bu günlərinə daşıyıb gətirir. Öz şəxsiyyəti ilə əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə mənəvi körpü salır.
    Mən əziz dostum, qardaşım Fəttah Heydərovu 80 yaşı münasibətilə təbrik edir, dövlətçiliyimizin rifahı naminə gələcək fəaliyyətində Allahdan ona xeyir-dualar diləyirəm!
    Allah hər zaman köməyimiz olsun!



    ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ,
    "Azərbaycan".шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:19 YAP Masallı Rayon Təşkilatı aparatında “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir
    2. 12:47 Azərbaycan- Rusiya münasibətlərində qarşılıqlı inam və etimad çalarları güclənmişdir
    3. 21:00 Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir
    4. 16:58 Tüklə kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verildi
    5. 16:55 Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu
    6. 16:51 Masallı RİH Başçısı 24.04.2024-cü il tarixdə Tüklə ərazisinin sakinləri ilə görüşdü
    7. 15:24 Prezident İlham Əliyevin Rusiya dövlətinə rəsmi səfərləri ölkələrimiz arasında dostluq və tərəfdaşlığa töhfələr verir
    8. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    9. 23:30 Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir
    10. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    11. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    12. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    13. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    14. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    15. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    16. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    17. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    18. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    19. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    20. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    21. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    22. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    23. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    24. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    25. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    26. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    27. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    28. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    29. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    30. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    31. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    32. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    33. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    34. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    35. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    36. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    37. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    38. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    39. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    40. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ