Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi

    Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi

          
                 
    Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq da xüsusi diqqət çəkir və bunun regional sabitlik üçün mühüm amil olduğu da danılmaz reallıqdır. Ümumiyyətlə, hər üç ölkənin bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləməsi də diqqətçəkəndir. 

    Necə ki Vətən müharibəsində Türkiyə ilə Pakistan Azərbaycana tam dəstək ifadə etdilər, eləcə də Pakistan və Azərbaycan Şimali Kipr məsələsində daim Türkiyənin yanındadırlar. Həmçinin bu yaxınlarda Pakistan və Hindistan arasında baş verən gərginlik zamanı Azərbaycan və Türkiyə Pakistana açıq şəkildə dəstək nümayiş etdirdilər.  28 May Müstəqillik Günündə Laçında keçirilən Zirvə görüşündəki çıxışında Baş nazir Məhəmməd Şahbaz Şərif də bu məqama toxunaraq, "tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik" söylədi: "Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu, təbiidir, çünki Türkiyədə və Azərbaycanda qardaş xalqlarımız bizə güclü dəstək olmuşlar. Sıravi vətəndaşlarımızın coşqusu bizi valeh etməyə bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münaqişəsindən bəhs edirəm".

                Pakistanın Baş naziri əlavə etdi: "Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, həmin vaxt Sizin qəti mövqeyiniz və həmrəyliyiniz, eyni zamanda əziz qardaşım İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyət bizdə çox yüksək qiymətləndirildi, həm xalqımız, həm hökumətimiz, həm də şəxsən mənim tərəfimdən. Biz buna görə hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik". 

                  Göründüyü kimi, mayın 28-də azad torpaqlarımızda üç qardaş ölkə - Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün təşkil olunması, bayraqlarının qoşa dalğalandırılması birliyimizin, həmrəyliyimizin möhtəşəm rəmzi oldu. Eyni zamanda bu, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin növbəti nümunəsinə çevrildi.   

                 Azərbaycanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə sıx bağlı olduğu Türkiyə və Pakistanla əlaqələri bu gün ən yüksək zirvəyə yüksəlib. Gerçəklikdir ki, qardaş ölkə liderləri arasında olan səmimi dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında əvvəldən var olan əlaqələri daha da möhkəmləndirib. Xoş gündə də, dar gündə də həmrəylik nümayiş etdirən, problemlərə qarşı birgə mübarizə aparan bu üç ölkənin birliyinin gücünə hələ Vətən müharibəsi zamanı hər kəs şahid oldu. 

                 O,zaman Azərbaycan qardaş ölkələr olan Türkiyə və Pakistanın böyük siyasi və mənəvi dəstəyini hiss etdi, ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsində onlar tərəfindən açıq siyasi və mənəvi kömək gördü. Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyə də, Pakistan da Azərbaycana böyük siyasi və mənəvi dəstəyini ifadə etdi, hər iki ölkənin ali şəxsləri respublikamızın ərazi bütövlyünü dəstəkləyən bəyanatlar verdilər və bütün bunlar Azərbaycanın mübarizə meydanında tək olmadığını dünyaya göstərdi. 

                 Laçında keçirilən sözügedən Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olublar: "2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".

     

    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ