Masallıda şəhid övladlarına bayram hədiyyəsi
- 2-06-2025, 16:30
- Maraqlı
- 0
- 70

Masallı rayonunda şəhidlər və şəhid ailələri daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılır.
Belə ki, “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Masallı rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Əli Məmmədov və ərazi nümayəndəliyinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid övladları ziyarət olunmuş və onların qayğıları ilə maraqlanılmışdır.
Görüş zamanı Masallı Rayon İcra Hakimiyyətinin başçısının təbriki şəhid övladlarına çatdırılaraq onlara “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə hədiyyələr təqdim edilmişdir.