• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf

    Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf

     
    Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf

    Nekroloq əvəzi... Allah rəhmət eləsin!

    Bu, həyatdı. Bu gün varsan, sabah yox. Ölüm haqqı hər kəsin boynuna biçilib. O şey ki həqiqətdi, o şey ki gerçəkdi, əslində, heç ondan qorxmağa da dəyməz. Amma təəssüf ki, çox vaxt biz “öldü” sözünü işlətməkdən çəkinib-qorxuruq. “Respublika” qəzetinin fotoqrafı da öldü. Onun da şəklini həminki yerdən — ölənlərin fotosu asılan divardan asdılar.

       
    Rafiq Nağıyev dünyanın, aləmin şəklini çəkirdi. Və bu dünya, aləm dediyimin içərisində nələr vardı, Həyat, insanın arzu-istəkləri, ümidləri, ağlayanın, gülənin, yazanın, pozanın, danışanın, oxuyanın, vuruşanın, döyüşənin şəkilləri. Onları Rafiq Nağıyev zaman-zaman fotoaparatın yaddaşına yığırdı. Onunla yaxınlığım, ünsiyyətim olmasa da, məni tanıyırdı. O, təcrübəli foto-müxbir idi. “Azərbaycan” nəşriyyatında uzaqdan-uzağa bir-birimizə salamımız da vardı. Bir dəfə hansısa bir sənəd üçün şəkil çəkdirməliydim. Dedilər “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun redaksiyasında fotomüxbir həmişə olur. Yuxarı mərtəbəyə qalxdım. Rafiq müəllim məni otağına apardı, onun çəkdiyi şəkli xatirə kimi saxlayıram. 

    Bu yazını yazmazdan beş-on dəqiqə öncə Teymur müəllimin yanına getmişdim. Rafiq müəllimi 1959-cu ildən tanıyıram — dedi — ilk dəfə Moskvada jurnalistlərin, yaradıcı insanların toplantısında rastlaşmışıq. 1995-ci ildə “Respublika” qəzetinə baş redaktor təyin olunanda o, “Bakinski raboçi” qəzetində uzun müddət işləyirdi. Eşitdim ki, Rafiq Nağıyevi işdən çıxarıblar. Dərhal onu çağırıb, işə dəvət etdim. O gündən bu günə bizimlə birgə çalışdı. Son bir neçə gündə işə gəlmədiyindən narahat olub evinə zəng vurdum ki, Rafiq müəlim, nə olub sizə?
    —Heç, yıxılmışam, ayağım zədələnib—dedi.
    Həkim göndərmək istədim, razılaşmadı. Bir gün sonra dünyasını dəyişməyi hamını sarsıtdı.
    Teymur müəllim ömrünün yarım əsrdən çoxunu bu sənətə həsr etmiş təcrübəli fotoqraf Rafiq Nağıyev haqqında çox xoş sözlər dedi. Onun tərcümeyi-halı barədə heç nə bilmirdim. Elə ona görə də bir çox mənbələrə müraciət etdim. Və bu mənbələrin birində dünyasını dəyişmiş sənətkarın həyat, ömür salnaməsini qısaca ifadə edə bilən sətirlər qarşıma çıxdı.
    “Rafiq Nağıyev 22 Avqust 1935-ci ildə Bakıda anadan olub. 4-cü sinfi bitirdiyi zaman xalası oğlu ona fotokamera hədiyyə etmiş və bununla da kiçik yaşlardan fotoqrafiyaya olan marağı artmışdır. Məktəbi bitirdikdən sonra Bakı Hərbi Kollecinə daxil olmuşdur. “Azərbaycan Gəncləri” qəzetində mətbuat fotoqrafı olaraq işə başlamışdır. Daha sonra “AzTaq” (indiki adı ilə “AzərTac”) ilə əməkdaşlıq etmişdir. Rafiq Nağıyevin Müslüm Maqomayev ilə olan çəkilişləri tezliklə onları dosta çevirmişdir. Onun Şimali Afrikaya olan səyahəti zamanı flora və fauna üzrə etdiyi çəkilişlər ona təbiəti daha da sevdirmişdir. Həmçinin o, dəfələrlə mərhum prezident Heydər Əliyevin də çıxışları zaman çəkilişlər etmişdir. Rafiq Nağıyev 1974-cü ildə World Press Foto üzrə gümüş medala və 1976-cı ildə Amerikanın 200 illik şərəfinə təşkil olunmuş sərgidə qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf olmuşdur. Rafiq Nağıyev həmçinin Moskvada jurnalistika və fotomüxbirlik üzrə ikiillik kurs bitirmişdir”.
    Mənbədən iqtibas etdiyim bu sətirlərdə Azərbaycan mədəniyyəti üçün dəyərli bir fakt da diqqət çəkir — “Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf”. Və bu mükafatın sahibi bizim Rafiq Nağıyevlə qürur duymağa dəyər.
    Fikrimin əvvəlində ona “Respublika”nın şəkilçəkəni demişdim. Elə indi anladım ki, təkcə respublika qəzetinin deyil, bütövlükdə Respublikanın, Azərbaycanın şəkilçəkəni, müasir dillə desək, çox peşəkar bir fotoqraf olub Rafiq Nağıyev.
    ... Rafiq Nağıyev haqqında bu qeydlərimi yaşadığım ani təəssüratın bəhrəsi hesab etməklə yanaşı, bir təəssüf xatirəsi kimi də qiymətləndirmək olar. İnsanın ən böyük qiyməti isə onun həyatı boyu— zaman-zaman yaratdıqlarıdır. Yaradıcı insanın yaratdıqları nəsillərə, millətə, xalqa təlqin etdikləri, əslində, o insanın ömrünün davamıdır. Və bir neçə gün sonra Rafiq Nağıyevin qara haşiyəli fotosunu divardan götürəcəklər. Lakin onun mədəniyyət tariximizdəki izləri, ömürləri əbədiləşdirən fotoları lentə aldığı mənzərələr təcrübəli fotoqrafı mənəvi yaddaşlarda zamanlar içrə yaşadacaq. Milli fotoqrafiya xəzinəsini zənginləşdirəcəkdir.
     
    Fariz Çobanoğlu,
    "Respublika" qəzeti.
       шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    2. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    3. 18:48 Mahmudavar kəndində şəhid küçəsinə asfalt örtüyü döşənir
    4. 18:46 Masallının Xırmandalı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 18:43 Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
    6. 14:33 Energetika sahəsində uğurlu əməkdaşlıq
    7. 23:30 Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.
    8. 17:44 Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans
    9. 15:33 Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
    10. 15:31 Şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    11. 15:30 Masallıda rayon rəhbərinin 22 may 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 06:39 Şəhid qardaşların ev-muzeyi ziyarət edildi
    13. 23:30 Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul
    14. 23:30 Rayonun Dəmirçi kəndində ipəkqurdunun saxlanma şəraitinə baxış
    15. 23:30 Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir
    16. 23:00 Masallının Türkoba ərazisində şəhid məzarları ziyarət olundu
    17. 14:59 Masallının yollarında təmir işləri davam etdirilir 01-20 may 2025
    18. 14:08 Masallıda 01-20 may 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 14:05 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-20 may 2025-ci il
    20. 14:02 Masallıda abadlıq və xeyriyyə işləri 01-20 may 2025
    21. 17:08 Yeni Zuvand kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    22. 19:11 Masallıda barama mövsümünə start verildi
    23. 23:40 Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir
    24. 19:27 Masallıda “Beynəlxalq Ailə Günü” bukletləri paylanıldı
    25. 19:22 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid qardaşların ev-muzeyini ziyarət etdi
    26. 19:18 Masallıda iqtisadiyyatda işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb - Statistika
    27. 22:38 Şəhid Anar Novruzovun xatirəsi anıldı
    28. 21:11 Masallıda “Arşın mal alan” tamaşası
    29. 20:57 Masallıda rayon rəhbərinin 15 may 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:35 Masallının Güllütəpə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:21 Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 20:35 Xıl kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    33. 18:30 Masallıda rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi
    34. 18:27 Tütün ilə mübarizə və sağlam həyat tərzinin təşviqi” adlı tədbir
    35. 15:10 Azərbaycan-Vyetnam əlaqələrinin tarixi yarım əsrdən çoxdur  
    36. 12:08 Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası
    37. 08:17 Masallı Mərkəziləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər   
    38. 23:30 Yeni əməkdaşlıq imkanlarının mövcudluğu
    39. 22:30 Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi
    40. 17:52 Sağlam məktəbli...           
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ