Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi

    Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi


     

    Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycanda dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində dediyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Ümumiyyətlə, Azərbaycanla Vyetnamın əlaqələrinin tarixi 1950-ci illərə gedib çıxır. Belə ki, 1959-cu ildə  Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də,  Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

    Dövlətimizin başçısı müsahibədə əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. 2014-cü ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açıb, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan verib. 2015-ci ildə isə Vyetnamın Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri reallaşıb. Bu səfər də Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olub və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaradıb. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.

    Hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar aldıqları təhsil ilə öz ölkələrinin inkişafına töhfə veriblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev  2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə  Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.

    Digər bir vacib məqam isə  Birinci vitse-prezidentimiz Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələrdir. Fond 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, ötən aprel ayında  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

     


    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:52 Allah rəhmət eləsin
    2. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    3. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 10:25 Bələdiyyə sədri
    5. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    6. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    7. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    8. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    9. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    11. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    12. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    13. 14:35 Yeni şeirlər
    14. 10:59 Perspektivli idmançıların aşkarlanması
    15. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    16. 15:56 100 illik ömrün işığı
    17. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    18. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    19. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    20. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    21. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    22. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    23. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    24. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    26. 14:19 QANLI YANVAR
    27. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    29. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    30. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    31. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    32. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    33. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    34. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    35. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    36. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    37. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    38. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    39. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    40. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ