Rayonun Dəmirçi kəndində ipəkqurdunun saxlanma şəraitinə baxış

21 may 2025-ci il il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev Dəmirçi kəndində ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə maraqlanmışdır.
Qeyd edirik ki, məhsul hazırlıq vəziyyətinə gətirilb, yaxın zamanlarda barama tədarükü gözlənilir.
Təcrübəli kümçü ilə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbət aparılıb. Rayon rəhbərinə məlumat verən kümçü ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işlərinin görüldüyünü, otaqların istiliklə təmin edildiyini və yem bazasının kifayət qədər olduğunu bildirmişdir.
Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin, baramaçılığın inkişafına göstərilən dövlət dəstəyinin regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, eləcə də onların sosial rifahının yüksəldilməsinə xidmət etdiyini və bu sahəyə olan marağın xeyli artdığını qeyd edən rayon rəhbəri görüşdə öz tapşırıq və tövsiyələrini vermişdir.
