Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu

    Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu


    14 may 2025-ci il tarixdə rayonun Güllütəpə ərazisinin Yeni Zuvand kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 6 nəfər vətəndaş tərəfindən 7 məsələ qaldırıldığını, məsələlərdən 4-nün müsbət həll olunduğunu, 2 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini və 1 məsələnin nəzarətdə olduğunu bildirmişdir.
    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər peroblemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Güllütəpə, Əmirtürbə, Tatyanoba və Yeni Zuvand kəndlərinin elektrik təsərrüfatı SİP kabelləşdirilmiş, ərazi üzrə 13 ədəd yararsız elektrik dirəyi və 650 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, Güllütəpə kəndində şəhid Firdovsi Bağırzadə küçəsinə 1,1 km məsafədə, Tatyanoba kəndində 200 metr məsafədə asfalt örtüyü döşənmiş, 12 km məsafədə daxili yollara çınqıl tökülərək hamarlanmış və 5 km məsafədə yol qreyderlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB, “Azəronline” MMC və “CityNet” MMC şirkətləri tərəfindən ərazinin Köhnə Zuvand kəndi istisna olmaqla bütün yaşayış məntəqələrinə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Daha sonra şöbə müdiri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 16500 ədəd və “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 500 ədəd olmaqla ümumilikdə 17000 ədəd ağac əkilməsi, Güllütəpə kəndində qaz sızması nəticəsində partlayış baş vermiş fərdi yaşayış evinin təmir edilməsi, Yeni Zuvand kəndinin mərkəzindən keçən kanalın üzərində ümumi uzunluğu 20 metr və eni 6 metr olan körpü inşa edilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin  etmək məqsədi ilə tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.












    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    2. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    4. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    6. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    7. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    9. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    10. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    11. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    12. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    13. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    14. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    15. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    16. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    17. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    18. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    20. 09:23 “Bizim Əliş müəllim”
    21. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    22. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    23. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    24. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    25. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    26. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    27. 11:00 Kəlbəcər Azaddır! 
    28. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    29. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    30. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    31. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    32. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    33. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    35. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    36. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    37. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    38. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    39. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    40. 15:45 Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ