Masallının Lürən kəndində rayon rəhbərinin 06 fevral 2025-ci il tarixdə səyyar görüş-qəbulu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Lürən kəndində rayon rəhbərinin 06 fevral 2025-ci il tarixdə səyyar görüş-qəbulu

    Masallının Lürən kəndində rayon rəhbərinin 06 fevral 2025-ci il tarixdə səyyar görüş-qəbulu


    06 fevral 2025-ci il tarixdə rayonun Lürən kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı 6 nəfər vətəndaş tərəfindən 7 məsələ qaldırılmış, müraciətlərin 4-ü müsbət həll olunmuş, 2 müraciətə qanunamüvafiq izahat verilmiş və 1 məsələnin həll olunması yaxın zamanda nəzərədə tutulmuşdur.
    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş,  Lürən ərazisində elektrik təsərrüfatının SİP kabelləşməsi aparılır, Yusifli kəndində 300 metr kənddaxili yola çınqıl tökülmüş, Pircana kəndində 700 metr kənd daxili yol qreyderlə hamarlanmış, GPON lahiyəsi üzrə “AzTelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmiş, Faiq Şükürov adına Lürən kənd tam orta məktəbi təbii qazla təmin olunmuş və 1,2 km məsafədə kanal təmizlənmişdir.

     Daha sonra şöbə müdiri Pircana kəndində yararsız vəziyyətə düşmüş körpü yenidən bərpa olunması, Lürən kənd qəbiristanlığının həyətinə girişdə çardaq tikilməsi və Pircana kəndində artezian quyusunun qazılması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin edərək müraciətlərin həlli istiqamətində müvafiq işlərin aparılacağını bildirmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.











    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    2. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    3. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    5. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    6. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    7. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    8. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    10. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    11. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    12. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    13. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    14. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    15. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    17. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    18. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    19. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    21. 09:23 “Bizim Əliş müəllim”
    22. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    24. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    25. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    26. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    28. 11:00 Kəlbəcər Azaddır! 
    29. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    30. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    31. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    32. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    33. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    34. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    35. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    36. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    37. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    38. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    39. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    40. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ