• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Sözün yerə düşməsin... Yeni kitab haqqında mülahizələrim

    Sözün yerə düşməsin... Yeni kitab haqqında mülahizələrim

     Sözün yerə düşməsin...

    Yeni kitab haqqında mülahizələrim

    Xəbər verdiyimiz kimi “Xalq Qəzeti"nin bölgə müxbiri, tanınmış jurnalist, şair-publisist Əli Nəcəfxanlının yenicə çap olunmuş “Söz yerə düşməsin” adlı yeni kitabında toplanan şeirləri ilk səhifələrdən oxucunun qəlbinə yol tapır. Əli oxucu ilə “Bir stol arxasında oturub” danışır. Onu tənhalıqdan qurtarmaq üçün sakit-sakit öz dəvətinə başlayır:
    Tənha çağlarında götür, varaqla,
    Misralar bəzənib amanla, ahla.
    Demirəm əzbərlə, yadında saxla,
    Oxu aradabir, duy şeirləri – təmənnasında olan müəllifin şeirləri ürəyəyatımlıdır, oxucunun arzuları, duyğuları ilə həmahəng səslənir. Şeirlərində özün və yaradıcılığının avtoportretini bər-bəzək olmadan, təbii çəkir: 
    Nə elə mənasız, nə maraqlıdı, 
    Nə də ki, sən deyən təm-təraqlıdı.
    Elə özüm kimi qaş-qabaqlıdı,
    Mən yaza bilmirəm toy şeirləri.
    Əlinin yüksək vətəndaş mövqeyini bütün şeirlərində görürük. “Hesab dərsi” şeirində zaman-zaman itirilmiş torpaqlarımız barədə ürək yanğısı var:
    Olsa da vətənin sərhədi bəlli,
    Yaddadı torpağın yarısı yadda...
    Qəliz məsələdi – üç-dörd əməlli:
    Vurursan, bölürsən, üstə gəlirsən –
    Yarısı yaddadır, yarısı – yadda...
    Şairlər bal arısı xislətlidir. Ürəyəyatımlı misralar həyatın duyğu çiçəklərindən “çəkilir”. Eyni zamanda hər şeir onu yazanın min bir zəhmətindən, Əli demişkən, “taqətdən düşüb, təbdən çıxmasından” sonra yaranır. Bu ömürlük əzab yolçusunun qəlbinin diktəsi: 
    Yarıya bilmirəm ilhamdan, təbdən,
    Qovrullam bir təşbeh tapana kimi.
    Düşürəm taqətdən, çıxıram təbdən,
    Bir beyti yoğurub yapana kimi.
    Yaxud: 
    Qarmaq qələmimdə duyğulu misra,
    Çırpınır şeirə yatana kimi.
    Bir şeirin başına yüz yol dönürəm
    Şəhdi-şəkərinə batana kimi.
    Şairin ən böyük uğuru oxucu qəlbinə yol tapmasıdır. Bu mənada Əlini bəxti gətirmiş hesab etmək olar ki, şeirləri oxucu marağı ilə üst-üstə düşə bilir, oxunur, ictimai fikir yaradır, polimikaya səbəb olur.
    Əli şairliyini xalqa qulluğu kimi dəyərləndirir, bu rütbədə şah olduğu ilə fəxr edir. 
    Kitabda bir-birinin xoş ovqatını, ətrini, dadını davam etdirən oxucu cazibəsində, ürəklərə nüfuzda biri digərindən geri qalmayan şeirlər toplanmışdır.
    Kitabda “Dünya ögey anamdı”, “Sevgi varsa”, “Nəğmələr”, “Örtülü bazar, dostluğu pozar”, bölmələrində toplanmış şeirlər müəllifin həyatı, duyumu, ətrafında cərəyan edənlərə münasibəti, ilhamının, təbinin məhsuludur.
    Müəllifin adi həyat həqiqətinə verdiyi məna, obrazlı deyimi, təşbeh əlvanlığı ustadlığından, sənətkarlığından gəlmədir. Bu mənada “Fəsillərim” şeiri ilk baxışdan məni duyğulandırdı.
    Əlinin lirik məni fəsillərin ovqatını sevdiyinin əhval-ruhiyyəsindən alır. “İl boyu “sən” adlı fəsil yaşaram”, “Üzündə gül açanda baharımdır”, “Bulud kimi dolsan payızdı demək”, “Həlim baxışın ömrümün ən gözəl yayıdır”, “Gözündə qəzəb qığılcımı yananda qış gəlib”... və şeir belə tamamlanır: 
    Dəyişkən havaya öyrəncəliyəm, 
    Gah qarlı düzdəyəm, gah güllü bağda.
    Məni sinoptiklər bağışlasınlar,
    Fəsil tanımıram səndən qıraqda.
    Bu gözəl şeirlərə Ə.Nəcəfxanlının deyimləri də əlavə olunub.

    Vətən başdan da ucadı,
    Vətən tacdan da ucadı.
    vətəndaşdan da ucadı!
    Həyatdan şütüyüb keçir,
    Şəkildə qalır zaman...
    Vəfa vəzifəmdi səni sevməyim,
    Ölən günə kimi istefası yox!...
    Özünəməxsus dəst-xətti, sənət yolu olan Əlinin növbəti kitabı oxucuların ixtiyarındadır. İndiyədək sözü yerə düşməyən, publisistikasına, şeirlərinə müntəzir olanlar yəqin ki, bu dəfə də növbəti əsərini maraqla oxuyacaqlar.

    Rəsul RZAYEV,
    "Qızəl qələm"çi.

     "Yeni həyat",
    www.Yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Masallıda Qurban bayramı - 2025
    2. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    3. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    4. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    5. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    7. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    8. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    9. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    10. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    11. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    12. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    13. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    14. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    15. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    16. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    17. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    18. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    19. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    20. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    21. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    22. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    23. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    24. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    25. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    28. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    29. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    30. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    31. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    32. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    33. 07:45 Bir ağacda beş cür meyvə...
    34. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    35. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    36. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    37. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    38. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    39. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    40. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ