• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tariximizi öyrənək: Torpağın köksündə adlar

    Tariximizi öyrənək: Torpağın köksündə adlar

    Tariximizi öyrənək

     Torpağın köksündə adlar


     Ulu babalarımız məskən saldıqları yerlərə və onun yaxınlığındakı coğrafi obyektlərə müxtəlif adlar vermişlər. Bu adlar adi söz deyil, onların arxasında gizli məna dayanır. Mənasız coğrafi ad yoxdur. Toponimlərimiz isə əhalinin məskunlaşması, yaşadığımız ərazinin təbii şəraiti, əhalinin məşğuliyyəti , təbii sərvətlərimiz, torpaq və bitki örtüyü, heyvanlar aləmi, tarixi şəxsiyyətlər haqqında bizə dəyərli məlumat verən qiymətli mənbədir. Onları tədqiq etməklə yaşadığımız ərazidə xalqımızın tarixi keçmişi, məişəti, mədəniyyəti, iqtisadi vəziyyəti, adət və ənənələri barədə məlumat əldə edə bilərik. Burada yaşayan nəsillər, tayfalar, etnik qruplar, unudulmaqda olan tarixi yerlərimiz barədə məlumatlanmaq istəyiriksə onomastik vahidləri, xüsusi adları tədqiq etməliyik.

    Yazılı abidələrin olduğu dövrdə tarixi keçmişini öyrənmək üçün toponimlərimiz əvəzsiz mənbədir.
    Hişkədərə, Mişkəmi, Miyankü, Kubin, Nəzəroba kəndlərinin ərazisində yüzlərlə belə mikrotoponim vardır. Bu kəndlərin dağlıq və düzən ərazilərində müxtəlif ölçüdə kurqanlar (təpələr) mövcuddur.
    İlk (erkən) tunc dövrünün tayfaları və onların həyat tərzini öyrənmək üçün qəbir abidələri xüsusi elmi əhəmiyyət kəsb edir. Tunc dövrü eramızdan əvvəl IV minilliyin ikinci yarısında başlamış və eramızdan əvvəl II minilliyin sonlarınadək davametmişdir. Kurqanlara tunc dövründə daha çox rast gəlinir.  
    Hişkədərə kəndinin ərazisində tunc dövrünə aid Barzətəpə, Axunihi, İskəndərli təpə, Morsəlitəpə, Allahqulu təpə, Qoşatəpə və Gavurtəpə kurqanları vardır.
    Gavur, qovur, (farsca “gəbr”, əvvəllər ümumiyyətlə atəşpərəstlərə verilən addır). Sonralar müsəlmanlığa yayıldığı ilk dövrlərdə (xüsusilə orta əsrlərdə), bidətçilərə və başqalarına verilən həqarətli ad idi.
    Mahmudavarda “kafirlər” qəbiristanlığı atəşpərəstliklə bağlıdır.
    Mil və Muğan düzlərində Sasanilərin (226-651) dövründə çəkilmiş Gövurarxların belə adlandırılması Ərəb işğallarından sonrakı dövrlə bağlıdır. Naxçıvan şəhərindən 35 kilometr şimal-qərbdə, Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində III-X əsrlərə aid şəhər yeri və qəbiristan, Oğuz, Qəbələ və Şəki rayonları ərazisindəki abidələr Gavurqala adlanır. Türkmənistan və Özbəkistan ərazisində Qovurqala adlandırılan abidələr vardır.
    Hişkədərədə yerləşən Gavurtəpə və Barzətəpə kurqanları tunc dövrünə aiddir. Barzətəpə kurqanı kəndin mərkəzindən 400 metr aralıqda, onun cənubunda yerləşir. Talışca Barzətəpə- hündür təpə deməkdir.
    Hişkədərə abidələrindən biri “Xudbaxşı yurdu” (Xudbaşi yurdəco) adlanır. Erkən tunc dövrünə aid olan bu yerdə toxa, daş həvəngdəstə, daşdan düzəldilmiş balıq toru, daş balta, toppuz başlıqları eramızdan əvvəl III minilliyə aid edilir. Burada tapılmış eksponatların 5000 il yaşı vardır.
    Ali Məhəmmədşah qəbiristanlığının orta əsrlərə aid olması faktı ilə razılaşmaq olmaz. Kəndin köhnə qəbiristanlığından tapılmış xəncər, nizə ucluğu, qonşu Mahmudavar kəndində misdən, tuncdan hazırlanmış xəncər dəstəyi bu yerlərin vaxtilə döyüş meydanı olduğunu göstərir. Dəmir tiyəli tunc qılınc, Ön Asiya tipli xəncərlər eramızdan əvvəl IX və ya VIII əsrlərə aid edilir.
    Bəs nə üçün bu məzarıstan Ali Məhəmmədşah adlanır? “Al” ərəbcə ocaq, nəsil, sülalə, bir nəsildən olan adamlar deməkdir. “Al” kəlməsindən düzələn bir neçə sözləri xatırlayaq: Ali-əba – Məhəmməd peyğəmbərin ocağına mənsub olan beş nəfər (Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn); ali-nəbi – peyğəmbər nəsli; ali Adəm – insan övladı, ali-rəsul – peyğəmbər övladı və s. Məhəmmədşah kəlməsi isə Məhəmməd peyğəmbərə işarədir. Mürəkkəb sözün “şah” sonluğunda Ağa Məhəmməd şah Qacar (1742-1797) anlamını dərk etmək bizcə, yanlışlıq olardı. Çünki İmam Əlinin (598-661) ləqəblərindən də biri Şahi -Mərdandır. Müqəddəs Nəcəfdə dəfn edildiyi üçün ona Şahi-Nəcəf də deyilir.
    Düzdür, bəzən buranı Əli Məhəmməd şah və ya Əli Məmməd şah nekropolu da adlandırırdılar. Bu halda da yenə müqəddəs məzarlığın adı Ağa Məhəmməd şah Qacardan yan keçir. Əliməhəmməd şah Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddinin (1252-1334) nəslindən olub diyarımızda sufi təriqətçilərinin əsil təbliğatçılarından biri imiş.
    Mülahizələrimiz buradan da yan keçmir ki, Əliməhəmməd şahın Məhəmməd peyğəmbərin nəslinə mənsubiyyətini nəzərə alan əhali onun adını əbədiləşdirmişdir.
    Hişkədərədəki Ali Məhəmməd şah qəbiristanlığını yerli əhali “Aliməməşo” adlandırır.
    Aliməhəmmədşah qəbiristanlığının tarixini ərəblərin Talışa, Muğana hücumu, VII əsr tarixi hadisələri ilə, daha çox Səfəvilər dövrü ilə – XV-XVI əsrin tarixi olayları ilə bağlayanlar da var.
    Səfəvi şeyxləri də yeddinci imam Museyi Kazımın övladları – Məhəmməd peyğəmbərin, Əlinin, Fatimənin nəslindən olduğu üçün müqəddəs sayılmış, sevilmiş, ölümlərindən sonra isə bu yer əhali tərəfindən müqəddəsləşdirilmişdir. Rəmzi mənada bu yerə “Nilədoy bın” deyirlər. Bu məzarıstanda yaşı 350-400 il olan azat, nil və palıd ağacları vardı. İsqəndəri təpə və Barzətəpədən başlamış İmamzadə ocağının arxasına qədər olan yerlərdə qədim qəbiristanlıqların izləri son vaxtlara qədər aydın bilinirdi.
    Bu qəbiristanlığın adını Ağa Məhəmməd şah Qacarın adı ilə bağlamaq doğru olmazdı. Şuşanı ala bilməyən Ağa Məhəmməd şah Qacarın qoşunu 1795-ci ilin noyabr ayında Muğana gəlir. Geri qayıdarkən Hişkədərədən keçir. Ac əsgərlər qarətçiliklə məşğul olurlar.
    İndi də yaddaşlarda hişkədərəli Xanverdi babaya verilən ağır cəza və onun göstərdiyi mətanət xatırlanır.
    İran sərbazlarının gəldiyini duyan Xanverdi baba özünü ölülüyə vurur. İran sərbazları onun bədəninə damğa qoyurlar. Xanverdi baba bu işgəncəyə dözür. Onun öldüyünü zənn edən Qacar döyüşçüləri çıxıb gedirlər. Bu hadisədən az sonra Xanverdi baba vəfat edir. Bəziləri yanlış olaraq belə hesab edir ki, xəstəlikdən qırılan Qacar əsgərləri kəndimizin qəbiristanlığında dəfn edildiyindən bu qəbiristanlıq Ağa Məhəmməd şah Qacarın adı ilə adlanır.
    Ağa Məhəmməd şah Qacarın qoşununa qarşı döyüşdə şücaət göstərmiş Səhhət bəy haqqında eldə-obada rəvayətlər vardır. Səhhət bəy, Səhhət qalası haqqında dərc olunmuş məqalələrimin birində az da olsa məlumat vermişəm.
    Ağa Məmməd şah Qacarın qoşunları 1797-ci ildə Talış diyarını talan etmişdilər. Təbii ki, əhali heç də bu müqəddəs yeri qətl və qarətlə məşğul olmuş Ağa Məhəmməd şah Qacarın adı ilə bağlaya bilməzdi.
    Tarixdən məlumdur ki, Azərbaycan torpaqlarını birləşdirmək uğrundakı mübarizədə Səfəvilər şiəliyi bayraq etmişdilər. Hələ XIII əsrdə Talış-Səfəvi əlaqələri yaranmışdı. Şeyx Səfiəddinin 1274-cü ildə diyarımızda olması haqqında bir çox tarixçilərin fikirləri ilə razılaşmaq olar. Ərkivan kəndindəki “Şah Səfi” bulağı, Mahmudavarda Baba Seyidağa türbəsi Səfəvilərin bu diyarda olması ilə bağlıdır.
    Ali Məhəmməd şah nekropolunu bəzən “Əli məşhur” kimi izah edənlər də var. Şiələrin ilk imamı Əlinin (598-661) diyarımızda olması haqqında əlimizdə tarixi mənbə yoxdur. İndi də Rüdəkənarda yerli əhali çay daşı üzərindəki insan ayağının izlərini müqəddəs sayır, onu “Əli lınqə riz” (Əlinin ayaq izləri) adlandırır. Beləliklə, dindar əhali bu naməlum insan ayağının izlərini müqəddəsləşdirmişdir. Hətta etnoqraf Q.Çursin də bu haqda məlumat vermişdir. Bu müqəddəs məkanın tarixi keçmişini ərəblərin hücumları ilə bağlayanlar da vardır. Ərəblər isə Muğana və Talışa 642-ci ildən sonra hücum etmişlər.
    Ali Məhəmməd şah məzarlığında görkəmli Quranxanlar, axundlar, hacılar, kərbəlayi və məşədilər, habelə Vətən şəhidləri, bir də hamımızın ata ocağından doğma və əziz ulularımız uyuyurlar.
     
                                                                                                             Bahadır ABDULLAYEV,
                                                                                                 E.Ağayev adına Hişkədərə kənd 
                                                                                             tam orta məktəbinin tarix müəllimi. 
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    2. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    3. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    4. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    5. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    6. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    7. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    8. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    9. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    11. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    12. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    13. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    14. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    15. 15:46 Masallı DAİM-də dəyirmi masa
    16. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    17. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    18. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    19. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    20. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    21. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    22. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    23. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    24. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    25. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    26. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    27. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    28. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    29. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    30. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    31. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    32. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    33. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    34. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    35. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    36. 23:30 22 iyul Milli Mətbuat günü
    37. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    38. 23:00 22 iyul Milli Mətbuat Günü 
    39. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    40. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ