Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir

    Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir

                   

    2025-ci ilin iyul ayında Şuşada keçirilən III Qlobal Media Forumu, Azərbaycanın 
    informasiya siyasətində və beynəlxalq informasiya mübadiləsində mühüm
     mərhələlərdən biri olmuşdur. Prezident İlham Əliyevin forumda çıxışı zamanı toxunduğu əsas məsələlər həm regional, həmdə qlobal səviyyədə diqqət çəkmişdir. 

     Prezident İlham Əliyev postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda görülən bərpa-quruculuq işlərini vurğuladı. Şuşanın yenidən dirçəlməsi Azərbaycanın mədəni irsinə və informasiya suverenliyinə verilən önəmin göstəricisidir. O, medianın müasir çağırışlara cavab verməsinin vacibliyini qeyd etdi. 

              Qərb mediasında müşahidə olunan ikili standartlara diqqət çəkərək obyektiv və qərəzsiz informasiya yayımının əhəmiyyətini vurğuladı. Prezident, Azərbaycanın söz və mətbuat azadlığına verdiyi dəyəri və bu sahədəki qanunvericilik islahatlarını qeyd etdi. Forumun qlobal media dialoquna töhfə verdiyini və Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu bildirdi. 

             Prezident İlham Əliyevin çıxışı informasiya təhlükəsizliyi, milli maraqlar və beynəlxalq əməkdaşlıq mövzularında strateji baxışın ifadəsi kimi qiymətləndirilə bilər. III Şuşa Qlobal Media Forumu Azərbaycanı beynəlxalq media məkanında mühüm mərkəzlərdən birinə çevirməyə yönəlmiş addımların davamı kimi tarixə düşdü.

    Dünyanın müxtəlif regionlarını əhatə edən iştirakçılar arasında beynəlxalq xəbər agentliklərinin rəhbərləri, tanınmış media ekspertləri, jurnalist təşkilatları və rəqəmsal platformaların təmsilçiləri yer aldı. Bu, tədbirin qlobal informasiya gündəminin formalaşmasında nə qədər nüfuzlu mövqe tutduğunun sübutudur. Cənab Prezident İlham Əliyevin iştirakının mahiyyəti isə olduqca böyük idi. Qəsası, forumun ən mühüm və diqqət çəkən hissəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin moderatorluq etdiyi sessiya oldu. O, jurnalistlərin ən aktual, bəzən isə həssas və mürəkkəb suallarını səmimiyyətlə, analitik əsaslandırma ilə cavablandıraraq, Azərbaycanın daxili və xarici siyasətinə dair mühüm mesajlar verdi. 

    Cənab Prezidentə ünvanlanan suallardan biri də Rusiya ilə münasibətlərə dair idi. İlham Əliyev cavabında qeyd etdi ki: "Azərbaycan Rusiya ilə qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında münasibətlərini qurur. Bizim siyasətimiz birmənalıdır: müstəqil, praqmatik və milli maraqlara əsaslanan siyasət". Bu cavab, Qərb-Rusiya qarşıdurmasının fonunda Azərbaycanın balanslaşdırılmış diplomatiyasının ifadəsi idi. Cənab Prezidentin vurğuladığı sətiraltı mesaj ondan ibarət idi ki, Bakı heç bir geosiyasi düşərgənin peyki deyil və informasiya müstəvisində neytral və obyektiv mövqeyini qorumaqda qərarlıdır.

     III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiya informasiya məkanının mərkəzində dayanan təşəbbüskar dövlətdir. Forum həm də postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni reallıqların, inteqrasiya layihələrinin və qlobal çağırışlara verdiyi cavabların təqdimatı oldu. Şuşa artıq təkcə mədəniyyət deyil, həm də informasiya diplomatiyasının, qlobal medianın, analitik düşüncənin və strateji baxışların görüş yeridir. Azərbaycan sözlə, süni intellektlə və strateji mesajla beynəlxalq münasibətlərin gündəmini formalaşdırır. III Qlobal Media Forumu isə bu prosesin canlı sübutudur.

     

    Sehran Hüseynov,
    Masallı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ