Bakıya qayıtdıqdan sonra əldə etdiyim məlumatları dostlarımla bölüşəcəyəm
- 19-11-2017, 16:39
- Turizm
- 0
- 1 764

Bakıya qayıtdıqdan sonra əldə etdiyim məlumatları dostlarımla bölüşəcəyəm
“İlk dəfədir maarifləndirici tur-aksiyada iştirak edirəm. Lənkəran, Astara və Masallı rayonlarında gördüklərimiz bizi heyran etdi. Ölkəmizin cənub bölgəsinin təbiəti, insanların qonaqpərvərliyi, milli mətbəxi, tarixi məkanları məndə zəngin təəssürat yaradıb...”
Bu sözləri AZƏRTAC -a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində cənub bölgəsinə səyahət edən Bakının Yasamal rayonundakı 150 nömrəli tam orta məktəbin X sinif şagirdi Gülnisə Həsənova bildirib.
“Biz ölkəmizin cənub bölgəsinin tarixi və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda da iştirak etdik. Bakıya qayıtdıqdan sonra əldə etdiyim məlumatları dostlarımla bölüşəcəyəm”, - deyə Yasamal məktəblisi qeyd edib.