GƏNCƏ, QAZAX, AĞSTAFA, NƏSİMİ VƏ YASAMAL MƏKTƏBLİLƏRİ MASALLIDAN XOŞ TƏƏSSÜRATLA AYRILIB

Noyabrın 13-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti iştirakçıları – Gəncə, Qazax, Ağstafa və Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının məktəbliləri, onların müəllimləri Lənkəran şəhərindən rayonumuza gəliblər. Heydər Əliyev Parkında qonaqları Masallı Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqları rayon rəhbəri cənab Rafil Hüseynovun adından salamlayıb, tur-aksiyanın əhəmiyyətindən danışıb, məktəblilərə xoş arzularını bildirib.
Layihə iştirakçıları Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə tər çiçəklər düzüblər.
Məktəblilər Heydər Əliyev Mərkəzində, uşaq-incəsənət məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində, rəsm qalereyasında olublar.
Sonra tur-aksiya iştirakçıları “Asan həyat” komleksinə gəlmiş, buradakı “ASAN Xidmət”, ABAD Mərkəzlərində, İncənət məktəbində, kinoklubda olmuş, “İntellektual mərkəz”də masallı məktəblilərinin “Breyn Rinq” yarışmasını izləyiblər. Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq da şagirdlərin böyük marağına səbəb olub.
Masallı səyahəti qonaqlarda rayonumuz haqqında xoş təəssürat yaradıb.
Sonra tur-aksiya iştirakçıları Astara şəhərinə yollanıblar.