Azərbaycan Prezidentinə yazırlar
- Dünən, 08:31
- Maraqlı
- 0
- 41

Hörmətli cənab Prezident,
Sizin ölkəmizə rəhbərlik etdiyiniz şanlı dövr Azərbaycan tarixinə inkişaf, tərəqqi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövrü kimi əbədi həkk olunmuşdur. Bu dövrün canlı müasirləri olduğumuz üçün biz xoşbəxt insanlarıq və bununla fəxr edirik.
Bütün regionlarda aparılan abadlıq-quruculuq işləri bizi həm qürurlandırır, həm də çox məmnun edir. Abadlıq-quruculuq işləri hər bir regionda olduğu kimi doğma Masallımızda da daim hiss edilir. Bunun bariz nümunəsi olaraq bu yaxınlarda Xıl-Sirəbil avtomobil yolunun təmir edilməsindən ötrü müvafiq sərəncam imzalamağınız bizi ürəkdən sevindirdi.
Cənab Prezident, buna görə Sizə kənd ağsaqqalları adından öz dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun.
Hörmətlə,
İsmayıl və Abdulrəzzaq Şahmarovlar
Azərbaycan Respublikası, Masallı rayonu, Sirəbil kəndi.