Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir

Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda təmir-bərpa işləri aparılmaqdadır.
Belə ki, Kolatan bələdiyyəsi tərəfindən Kolatan-Xanalıyan avtomobil yolu zəbtdən azad edilmiş və qreyderlə hamarlanmışdır.
30 iyul 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi və bələdiyyə ilə birlikdə Kolatan-Xanalıyan avtomobil yolunda aparılan işlərlə yerində tanış olmuşlar.
Kolanan bələdiyyəsinin sədri yolda aparılan işlərlə bağlı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova geniş məlumat vermişdir.


