Rayonun Xıl-Sirəbil yolu təmir edilir

Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənd daxili yollarda təmir-bərpa işləri aparılmaqdadır.
Xıl-Sirəbil yolunun asfaltlanması üzrə icrası planlaşdırılmış lahiyə hazırlanıb və ilkin hazırlıq işlərinə başlanılmışdır.
Belə ki, 17 iyul 2025-ci tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov və başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov rayonun Xıl-Sirəbil yolunda asfalt örtüyünün döşənməsindən əvvəl yol yatağının hazırlanması və ətraf infrastrukturun uyğunlaşdırılması ilə bağlı aparılan işlərlə yerində tanış olmuşlar.
Rayon rəhbərinə 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov yolda aparılan işlərlə bağlı geniş məlumat vermişdir.

