Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
- 31-05-2025, 18:23
- Maraqlı
- 0
- 17
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənd daxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.
Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xıl kəndində Xıl-Sirəbil kənd avtomobil yolunun əsaslı təmirinə başlanılmış, yolda bərkitmə, hamarlama və su keçid borularının yenisi ilə əvəz olunması işləri aparılır.
47 saylı Yol İstismarı MMC tərəfindən Həsənli-Xırmandalı avtomobil yolu cari təmir olunmuş və Xırmandalı kəndində uzunluğu 350 metr olan kənddaxili yola qreyder verilmişdir. Mahmudavar ərazisində şəhid Qüdrət Babayev adına olan küçəyə asfalt örtüyü döşənmişdir. Mahmudavar-Molonon yolunun və Mahmudavar kəndində uzunluğu 800 metr olan kənddaxili yolun asfaltlanması üçün işlərə başlanılmışdır.