Masallı DAİM-də dəyirmi masa » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı DAİM-də dəyirmi masa

    Masallı DAİM-də dəyirmi masa


    30 iyul 2025-ci il tarixdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Masallı DAİM, Masallı Rayon Bitki mühafizə və fumiqasiya mərkəzi, Masallı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin dəstəyi ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.       
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov çıxışında suveren Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci il noyabrın 12-də imzalanmış Fərmanla Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğunu qeyd etmişdir. 

    Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıdığını, eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğunu və Dövlət Bayrağımızın əzəli torpaqlarımızda əzəmətlə dalğalandığını diqqətə çatdırmışdır.
    Sonra çıxış edən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəis müavini Eldəniz Musalı bildirmişdir ki, ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb. 1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının prinsipcə tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi fundamenti qismində çıxış edib.

    Daha sonra çıxışçılar Bitki mühafizə və fumiqasiya mərkəzinin rəisi Sakit Məmmədov, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Epizotik baytar həkimi Dəmir Təhməzov Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət olması, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyini və bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etməsi, onun qətiyyətli fəaliyyəti, müdrik siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında və digər sahələrdə yaranmış böhranların aradan qaldırılması və bundan sonra inkişaf mərhələsinin başlanmasını qeyd etmişlər.





    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ