22 iyul Milli Mətbuat Günü  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 22 iyul Milli Mətbuat Günü 

    22 iyul Milli Mətbuat Günü 

    Azərbaycan xalqının ictimai, siyasi və mədəni həyatında  böyük əhəmiyyətə malik olan günlərdən biri də 22 iyul – Milli Mətbuat Günüdür. Bu gün yalnız təqvimdə qeyd olunmur, həm də bir millətin maariflənməsində dönüş nöqtəsi kimi xatırlanır.  Bu tarix , təkcə qəzetin çap olunması deyil, həm də azərbaycanlılarının ilk dəfə öz dilində yazılmış, ictimai düşüncə və maarifçilik ideyaları ilə dolu nəşrlə tanış olduqları gündür. “Mətbuat Günü” nün tarixi 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr edilən “Əkinçi” qəzetinin ilk nömrəsinin çapı ilə bağlıdır. “Əkinçi” qəzetinin əsas məqsədi xalqın maarifləndirilməsi, elmin və təhsilin təbliğ olunması, kənd təsərrüfatının inkişafı və cəmiyyətdəki sosial problemlərin işıqlandırılması idi. Qəzet sadə və başa düşülən dildə yazılırdı. Bu da onu xalq qəzetinə çevirirdi. 

                 Həsən bəy Zərdabi öz dövrünün qabaqcıl ziyalılarından biri idi. Onun məqsədi xalqın düşüncəsini oyatmaq, savadsızlığa və cəhalətə qarşı mübarizə aparmaq idi. O inanırdı  ki, cəmiyyətin tərəqqisi yalnız elm və maariflə mümkündür.  “Əkinçi” onun bu ideyalarının çarçısı oldu. Hər bir yazısı, məqaləsi xalqın düşüncəsini dəyişdirməyə yönəlmişdir. “Əkinçi” nin 56 nömrədə çap olunaraq az yaşamasına baxmayaraq , onun qoyduğu təməl Azərbaycan milli mətbuatının əbədi əsasına çevrildi. 

               Mətbuat hər bir cəmiyyətin “dördüncü hakimiyyəti” sayılır. Qanunverici, icraedici və məhkəmə hakimiyyətindən sonra, mətbuat da xalqın səsini çatdıran, baş verənləri obyektiv işıqlandıran, ictimai nəzarəti təmin edən bir vasitədir. Azad və vicdanlı mətbuat cəmiyyətin inkişafına təkan verir, insan haqlarının qorunmasında və demokratik dəyərlərin yayılmasında mühüm rol oynayır. 

                Ümummilli  lider Heydər Əliyev demişdir: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir”. Sivil insan cəmiyyəti formalaşdıran azad fikir və sərbəst düşücə ifadə etməyə, obyektiv informasiya almağa ciddi ehtiyac duyulub. Mətbuat yarandığı vaxtdan hər bir fərdin ayrı-ayrılıqda özünüifadə etmək istəyi əsrlər boyu insanlığın demokratik ideallar uğrunda mübarizəsinin əsas mahiyyətini təsvir edir.

    Azərbaycan mətbuatı da bu sahədə mühüm tarixi mərhələlər keçib. Çar Rusiyası dövründə senzura və təzyiqlərə baxmayaraq, milli mətbuat nümayəndələri xalqın maariflənməsi və azadlığı uğrunda mübarizələr aparıblar. Sovet dövründə mətbuat , əsasən, ideoloji vasitə kimi istifadə olunsa da, bir çox jurnalist və yazıçılar bu sahədə dəyərli işlər görüblər.

    Müstəqillik dövründə isə Azərbaycanda mətbuatın rolu daha da artıb. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən 22 iyul “Milli Mətbuat Günü” kimi rəsmi elan olundu. Bu tarixdən sonra hər il jurnalistlər və mətbuat işçiləri bu günü qeyd edir, media qurumlarında tədbirlər keçirilir, dövlət tərəfindən təltiflər, fəxri adlar və mükafatlarla qiymətləndirilirlər. Bu həm də jurnalistlərin əməyinə verilən yüksək qiymətin bir göstəricisidir.

    Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur. Bu il Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetinin nəşrə başlamasının 150 illiyi qeyd olunur. Bu yubley münasibəti ləi ölkə üzrə müxtəlif tədbirlər, sərgilər, forumlar və müsabiqələr təşkil olunur. Bu cür tədbirlər mətbuatın cəmiyyətdəki rolunu daha da gücləndirir və yeni nəsl jurnalistlərin yetişməsinə stimul verir.

    Görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ oldu. Milli oyanışın yeni mərhələsinin təmsilçisi kimi “Əkinçi” qəzetinin başlanğıcını qoyduğu yol neçə- neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə  birbaşa təsir göstərdi.

    Tarixi müxtəlif ictimai-siyasi mərhələlərində formalaşmış Azərbaycan Mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi.

    Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mərbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmlədirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

    Ulu Öndər tərəfindən mətbuatın inkişafına göstərilən dövlət qayğısı siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasının , demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

    Bu gün rahatlıqla deyə bilərik ki, milli mətbuatımız, xalqın səsi, haqqın müdafiəsiçisidir. Bu sahədə çalışan insanlar böyük məsuliyyət daşıyırlar. Hər birimiz bu günün tarixi əhəmiyyətini dərk etməli və sözün gücünə hörmət etməliyik.

    Dəyərli, sözlərinin kəsəri, qələmləri qılıncdan belə kəskin olan “Söz adamları”,“Mətbuat Günü” nüz mübarək!

     

     

    İmruzə Allahverdiyeva,
    Masallı rayonu Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəbinin direktoru 

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ