Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
- Bu gün, 14:36
- Maraqlı
- 0
- 18

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 22 İyul-Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar tədbir keçrildi.
Muzeyin və rayon mərkəzi kitabxana sisteminin təşkilatçılığı ilə keçirilən dəyirmi masada jurnalistlər, ziyalılar və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə dünyasını dəyişən jurnalistlərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad onulub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, rayon mərkəzi kitabxana sisteminin direktoru Zamin Məmmədov KİV nümayəndələrini Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə təbrik edib, onlara şərəfli, məsuliyyətli işlərində uğurlar arzulayıblar.
Natiqlər mətbuat tarixindən, görkəmli jurnalist və maarifçi Həsən bəy Zərdabi ilə başlayan milli mətbuat və onun keçdiyi tarixi inkişaf mərhələlərindən bəhs ediblər.
“Yeni həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov, baş ədəbi işçisi Akif Ağayev, əməkdaşı Südabə Məmmədova, jurnalist Cəfər Cəfərov mətbuatın cəmiyyətdəki rolundan danışıb, ölkədə medianın formalaşması və inkişafı yönümündə möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncam və qərarları Ulu öndər Heydər Əliyev siyasi kursununun uğurlu davamı kimi dəyərləndiriblər.
Çıxışlarda rayonun ən uzunömürlü mətbu orqanı olan 93 yaşlı “Yeni həyat” qəzetinin bütün çətinliklərə baxmayaraq bu gün də nəşr edildiyi, istər çap, istərsə də elektron media vasitəsilə oxucuların xəbər və maraqlı məlumatlarla təmin olunduğu vurğulanıb.
Sonda media mənsublarına fəxri fərman və hədiyyələr təqdim olunub.
Akif VAQİFOĞLU







