Azərbaycan milli mətbuatının 150 illik yolu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan milli mətbuatının 150 illik yolu

    Azərbaycan milli mətbuatının 150 illik yolu


    “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” deyən Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına həmişə diqqət yetirib. Bu il Azərbaycan milli mətbuatının təməl daşının qoyulmasının – “Əkinçi” qəzetinin işıq üzü görməsinin 150 illiyidir. Bu, təkcə bir mətbuat orqanının yubileyi deyil; bu, milli düşüncənin, azad fikrin, milli kimliyimizin formalaşması və inkişaf tarixinin, böyük bir yolun yubileyidir. Maarifçilik hərəkatının “Əkinçi” ilə başlaması çox dəyərli və milli bir tarixdir. 1875-ci ilin iyulunda görkəmli maarifçi və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti xalqın maarifləndirilməsi, milli şüurun oyadılması və azad fikir carçısına çevrildi. Cəmi 56 sayı çıxsa da, “Əkinçi”nin təsiri böyük oldu; o, milli mətbuatımızın təməlini qoydu, xalqı milli dəyərlərə, tərəqqiyə və öz kökünə bağladı.

     Çar senzurası qəzetin fəaliyyətini dayandırsa da, ideyaları yaşadı və yeni nəşrlərə yol açdı. “Ziya”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz” və digər qəzet və jurnalların fəaliyyəti milli oyanışın geniş vüsət almasına səbəb oldu. Bu nəşrlər təkcə maarifçilik deyil, həm də milli istiqlal ideyalarının yayılmasında mühüm rol oynadı. Rus dilində çıxan “Kaspi” qəzeti də Həsən bəy Zərdabinin ideyalarını davam etdirərək Azərbaycan mətbuatının maarifçi ruhunu qorudu. XX əsrin sonlarında qazanılmış müstəqilliyimiz milli mətbuat tarixində yeni səhifə açdı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli iradəsi ilə 1998-ci ildə senzura ləğv olundu, söz və məlumat azadlığı təmin edildi, demokratik media mühiti yaradıldı. Bu qərar mətbuat tariximizdə mühüm dönüm nöqtəsi kimi qaldı. Ulu Öndərin mətbuata qayğısı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar müasir medianın möhkəm bünövrəsini formalaşdırdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafına xüsusi diqqət göstərildi. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, jurnalistlər üçün sosial layihələr, ipoteka güzəştləri, media subyektlərinə vergi azadolmaları tətbiq edildi.

     Dövlət rəhbərliyi dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görülərək, medianın yanında olduğunu bir daha sübut etdi. Dəyişən media mühiti qanunvericiliyin də təkmilləşdirilməsini tələb edirdi. Prezident İlham Əliyevin 2021-ci il fərmanı ilə “Medianın İnkişafı Agentliyi” yaradıldı. 2021-ci ilin sonunda qəbul edilən “Media haqqında” Qanun isə yerli medianın rəqabət qabiliyyətinin artırılmasına, peşəkar jurnalistikanın təşviqinə, informasiya təhlükəsizliyinin təmininə xidmət edir. Bu gün Azərbaycan mediası internet qəzetçiliyi, sosial media, rəqəmsal platformalar vasitəsilə qlobal informasiya məkanının ayrılmaz parçasına çevrilib. Onlarla internet qəzet, sosial media layihələri və rəqəmsal təşəbbüslər milli maraqlarımızın müdafiəsinə, xalqımızın dolğun məlumatlandırılmasına xidmət edir. Azərbaycan mediası  Vətən müharibəsində də qtiyyətini göstərdi. Qısaca desəm Azərbaycan mətbuatı Vətən müharibəsi dövründə öz peşəkarlığı və vətənpərvərliyi ilə yadda qaldı. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin 30-dan çox beynəlxalq media qurumuna verdiyi müsahibələr həqiqətlərimizi dünyaya çatdırdı. Azərbaycan mediası həm döyüş meydanında, həm də informasiya cəbhəsində Zəfərin təbliğatçısı oldu.

     Milli mətbuatımız həmişə milli-mənəvi dəyərləri qoruyaraq, cəmiyyəti maarifləndirmək, milli həmrəyliyi gücləndirmək, saxta məlumatlarla mübarizə aparmaq missiyasını daşıyıb. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, mətbuat azadlığı demokratiyanın fundamental şərtidir və Azərbaycan dövləti bu prinsipi daim prioritet hesab edir. Azərbaycan və Türkiyə mediasının strateji müttəfiqliyi isə daha böyük məna kəsb edir. 2020-ci ildə imzalanmış “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu iki qardaş ölkənin mediası arasında daha sıx əlaqələrin qurulmasına, birgə layihələrin həyata keçirilməsinə və beynəlxalq arenada həqiqətlərin müdafiəsinə xidmət edir. 150 illik yubileyin keçirilməsi isə  dövlətin verdiyi ən böyü dəyərdir. Cənab Prezident İlham Əliyevin milli mətbuatın 150 illiyi ilə bağlı fərmanı, yubiley medalının təsis edilməsi və qeyd olunan digər tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti üçün milli mətbuat yalnız informasiya vasitəsi deyil, həm də milli irs, tarix və dövlətçilik salnaməsidir. 150 il ərzində Azərbaycan milli mətbuatı maarifçilikdən dövlət müstəqilliyinin, milli birliyin və Zəfərin təbliğinə qədər möhtəşəm yol keçib. Bu yolun müəllifləri – qələmi ilə xalqın səsini dünyaya çatdıran, milli ideyalarımızı qoruyan və ucaldan fədakar Azərbaycan jurnalistləridir.

       

    Akif Həmidov,
    Masallı Su Meliorasya Sistemlərinin İstismarı İdarəsinin rəisi,


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ