AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB

    AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB

     

    XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. 

      Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinın nəşri ilə başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün − 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

    Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.  Milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir. “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

    Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.

    1880-1891-ci illər arasında Cəlal Ünsüzadənin rəhbərliyi ilə çap olunmuş “Kəşkül” qəzeti, əsasən, Şərq despotizminin, geriliyin əlehyinə çıxmış, mədəni inkişafı təbliğ etmışdır.1881-1919-cu illərdə Bakıda rus dilində işıq üzü görən “Kaspi” qəzetinin əsas məqsədi milli mənlik şüurunun formalaşmasına yönəlik təhlillərin aparılması olmuşdur. XIX əsrin sonları XX əsrin əvvəllərində ölkədə siyasi dərnəklərin siyasi partiyalara çevrilməsi və onların geniş ideya siyasi fəaliyyətləri nəticəsində ictimai mədəni düşüncəyə siyasi ab-havanın daxil olması kimi məsələlər təşviq edilmişdir.
    1903-cü ildə Avropa və Mərkəzi Rusiya qəzet və jurnallarında fəaliyyət göstərən, jurnalistikanın Qərb standartlarına kifayət qədər bələd olan Məhəmməd ağa Şahtaxtlı “Şərqi-Rus” qəzetinin çapına nail olmuşdur. Tiflisdə fəaliyyətə başlayan, ictimai-siyasi, iqtisadi, elmi, ədəbi mövzulara yer verən qəzet ətrafına Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Firudin Köçərli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi maarifçiləri toplamaqla yeni nəsil jurnalistləri yetişdirmişdir. Cəlil Məmmədquluzadə 1906-cı il aprel ayının 7-də Tiflisdə işıq üzü görən “Molla Nəsrəddin” jurnalı ilə milli mətbuatın inkişafında əlamətdar hadisəyə imza atmış və adını Azərbaycam mətbuat tarixinə qızıl hərflərlə yazmışdır. 1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə Bakıda çap olunmuşdur. “Molla Nəsrəddin” jurnalı müstəmləkəçilik siyasətini, cəhaləti, geriliyi, sosial ədalətsizliyi kəskin tənqid etmiş, qısa bir zamanda oxucu dairəsini genişləndirmiş, şöhrəti ilə Qafqazın hüdudlarını aşaraq bütün Rusiyaya, Türk dünyasına, Yaxın və Orta Şərqə yayılmışdır. Bütün təqib və təzyiqlərə baxmayaraq, 25 il müddətində fəaliyyət göstərən jurnalın nəşri müddətində formalaşan “Mollanəsrəddinçilik” ictimai-ədəbi hərəkatı Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük təsir göstərmişdir.

    Azərbaycanda 1920-ci ilin aprel işğalından sonra formalaşmış sovet ideoloji sistemi dövrü mətbuata təbliğat vasitəsi kimi yanaşmış və birpartiyalı sistemdə yeni siyasi quruluşun üstünlüklərinin izah olunması jurnalist fəaliyyətinin əsas vəzifəsi kimi müəyyən edilmişdir. Sovet mətbuatı yarandığı ilk günlərdən başlayaraq bütün dövrlərdə, o cümlədən repressiya, İkinci Dünya müharibəsi və “soyuq müharibə” illərində yalnız təbliğat aləti olaraq qalmışdır. Sovet dövründə ideoloji kursa uyğun olaraq, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, ixtisaslaşmış mətbuat orqanları yaradılmış, teleradio jurnalistikası təşəkkül tapmışdır.

    XX əsrdə  Azərbaycanda rayonlarda yerli mətuat orqanı da fəaliyyət göstərirdi, o cümlədən  Masallı rayonunda 1932-ci ildən “Yeni həyat” qəzeti də xalqın maariflənməsində  çox fəal idi. Sonralar “Çağırış”, “Yeni qəzet” adı altında nəşr olsun  da 2002-ci ildən əvvəl ki,  “Yeni həyat”  adı özünə qaytarıldı. Ulu Öndərin siyasətin layiqincə təbliq edir. Həmçinin əyalət mətbuatının  inkişafına  “Qala”, “Masallı”, “Masallı xəbərləri”, “Cənub xəbərləri”, “Viləş”, “Masallı səhiyyəsi”, “Ərkivan” kimi qəzetlər öz töhfəsini veriblər.

    Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

    XX əsrin 80-ci illərin sonunda SSRİ-də ictimai-siyasi həyatın demokratikləşdirilməsi nəticəsində Azərbaycanda başlanmış siyasi oyanış, Ermənistanın təcavüzkar siyasətinə etiraz ümumxalq hərəkatına çevrilmişdir. Ölkənin ən ağır günlərində meydana çıxan “Azərbaycan”, “Aydınlıq”, “Yeni fikir”, “Meydan”, “Azadlıq”, “Səhər”, “Odlar Yurdu”, “Gənclik”, “Xəzər” və s. kimi rəsmi təbliğata alternativ olan qə¬zet¬ və jurnallar qadağaları sındırmağa, cəmiyyətin obyektiv informasiya təminatını həyata keçirməyə çalışmışlar.

    Müstəqillik illərində müasir KİV sisteminin aparıcı qolunu təşkil edən müstəqil radio və televiziya kanalları yaranmış, geniş informasiya məkanında öz yerlərini möhkəmləndirməyə nail olmuşlar. Bu dövr, həmçinin müstəqil informasiya agentliklərinin, internet informasiya portallarının yaranması və strukturlaşması dövrü kimi xarakterizə olunur.

    1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzura ləğv edildi.

              Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət medianın inkişafına impuls vermis, yeni mərhələnin başlanmasını şərtləndirmişdir. Vətən müharibəsindən az sonra Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur.

     

     

    ƏFRAİL FƏRZİYEV
    YAP   VETERANI
    AJB-nin      ÜZVÜ


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ