Masallıda taxıl biçini başa çatdı
- Dünən, 16:08
- İqtisadiyyat
- 0
- 10

Masallı rayonu üzrə ümumilikdə 10431 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunlardan 7464 hektarı buğda və 2967 hektarı isə arpa sahəsi olmuşdur.
2025-ci ildə rayon üzrə bütün taxıl sahələri biçilmiş və ümumilikdə 24932.9 ton məhsul götürülmüşdür ki, bunlardan 18286.8 ton buğda, 6646.1 ton arpa bitkisi təşkil edir.
Masallı rayonu üzrə 2025-ci ildə buğda əkin sahəsində məhsuldarlıq 24,5 sent/ha, arpa əkin sahəsində məhsuldarlıq 22,4 sent/ha olmuşdur.