Masallı rayonunda çəltik əkini
- Bu gün, 17:23
- İqtisadiyyat
- 0
- 68

Masallı rayonunda kənd təsərrüfatına göstərilən diqqət nəticəsində çəltik əkinində əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2024-cü ildə rayonda 138,6 ha sahədə çəltik əkilmişdirsə, Masallı Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi və tapşırığı əsasında vaxtında görülən tədbirlər nəticəsində 2025-ci ildə bu rəqəm 179,3 ha çatdırılmışdır.
Qeyd edək ki, çəltik əkini əsasən rayonun Boradigah, Xıl, Tüklə, Şıxlar, Şərəfə və Sərçuvar ərazilərində həyata keçirilir. Masallı rayonunda çəltik sahələrinin suvarılması üçün mövcud suaparıcı kanalların təmizlənməsi və bərpası istiqamətində mühüm tədbirlər görülmüşdür.
Onu da xüsusi vurğulamaq lazımdır ki, çəltik əkininə göstərilən dövlət dəstəyi regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına və onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.