Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi

Masallı rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yanaşı yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atır.
Belə ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev və ərazi nümayəndəliyi Masallı şəhərində Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin məzarını ziyarət etmiş şəhidin ruhuna dualar oxumuşlar.
Sonra rayon rəhbəri şəhid ailəsini evində ziyarət etmiş, qayğıları ilə maraqlanmış və çay süfrəsi arxasında söhbət etmişdir.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon İcra Hakimiyyətinin başçısına və qonaqlara minnətdarlığını bildirmişlər.




