Azərbaycan mətbuatı – 150 » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan mətbuatı – 150

    Azərbaycan mətbuatı – 150

    O SÖZ QƏZETDƏ DÜZ YAZILIB...

    Bir neçə gündən sonra Azərbaycan milli mətbuatının 150 yaşı tamam olur.
    Azərbaycanda birinci mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunması artıq ənənə şəklini almışdır.

    "Əkinçi" 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmuşdur. 
    Ötən bütün zamanlar Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgüyə çevrilib. 1998-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına böyük töhfə verib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da məhz Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi" haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi geniş şəkildə qeyd olunub. Beləliklə, Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.
    Ümummilli Liderin mətbuata belə qayğısı jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

    Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.
    Azərbaycan Prezidenti İlham Əliyev hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib. Mətbuat nümayəndələri fəxri adlara və mükafatlara layiq görülüblər, kütləvi informasiya vasitələrinə maddi yardım ayrılıb. Azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir.

    Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
    Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Bütün bu işlərdə bölgə mətbuatı, xüsusilə rayon qəzetləri, onun müxbirləri hər bir bölgənin işıqlanmasında əhaliyə yaxın olduğuğundan problemlərini, nailiyyətlərini yazılı mətbuatada arxivləşdirməyə nail olmuşlar.

     İstər Birinci, istərsə də ikinci Qarabağ müharibələrinin qəhrəmanlıq dastanlarının yazılmasında çox fəal olmuşlar. Maddi çətinliklərimiz çoxdur, buna baxmayaraq müxtəlif illər üzrə çalışdığım “Yeni həyat” qəzetinin saralmış vərəqlərdəki nüsxələri Masallı tarixinin yaddaşına çevrilir. Bəli, biz Masallıda gözəl mətbuat ənənlərini yaşatdıq, rayonun tarixini yazdıq, oxuculara sevdirdik və bu gün də həmin ənənəni davam etdrməyə çalışırıq. Amma, deyim ki, rayon mətbuatının bu ağır vəziyyətində qəzet çap etdirmək çox çətindir. Onda sual olunur, müasir rayon həyatının bu gününü kim yazacaq, kim vəsf edəcək, arxivləşdirəcək? Elektron yazılar, saytlar çox qala bilməz tarixdə... Qəzet hər zaman qalacaq. Ən məşhur jurnalistlər, ən böyük yazıçılar qəzetlərin şinelindən çıxanlardır. Qəzet redaktə olnur, bir yazı bəzən bir neçə əməkdaş tərəfindən yoxlanılr, pozulur, yazılır, düzəlişlər edilir. Yazı var, bəzən bir yazı on dəfə oxunur, hazır olanı qəzetdə görünür... 

    Uşaqlıqdan indiyə kimi şahidi olmuşam ki, söz üstündə mübahisə düşəndə ən zəkalı müəllimlər, mövqeli insanlar, əlaçı tələbələr deyiblər ki, o söz düz yazılmayıb, qəzetdə belə yazılıb... Biz məktəb oxuyanda bütün siniflər “Azərbaycan gəncləri” qəzetini, “Azərbaycan”, “Ulduz” jurnallarını səbirsizliklə gözləyərdik, və sosial mənşəyindən asılı olmayaraq həmin mətbuata abunə yazsılardıq. Adı da könüllü idi. Amma, abunə olmalıydın... Bədbəxtçilik onda idi ki, həmin rayonun ziyalısı bilməyəydi ki, yaşadığı rayonda hansı adda qəzet çıxır. Həmin adam el qınağına çevrilərdi. Bəs, indi?.. 

    Heç bir müasir texnologiya qəzet varintı kimi məhsul verə bilməz, əksinə sözə məsuliyyətsizlik, urvatsızlıq yaranacaq. Bizim də eyni adlı qəzetin saytı var. Sayt kağız deyil, birdəfəlik olur. Bir dəfə oxudun qurtardı. Amma, qəzeti oxumaq başqa zövqdür. Çox çətinliklə, az abunəiliklə, az tirajla çörək qazanmaq olmur. Çoxları elə bilir ki, biz jurnalistlər çörək yemirik. Biz də çörək yeyirik, çay içirik... 




    Əlihüseyn Şükürov,
    Masallıda çıxan “Yeni həyat” qəzetinin Baş redaktoru, AYB-nin və RF Jurnalistlər İttifaqının üzvü,                                         
    “90 il komsomolda” yubiley medallı.
    YAP Masallı Rayon Təşkilatının fəal üzvüшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ