Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
- Dünən, 20:16
- Maraqlı
- 0
- 43
Masallıda Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
31 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və kənd xeyriyyəçilərinin dəstəyi ilə Masallı rayonunun Böyük Xocavar kəndində ağacəkmə aksiyası keçirilib.
Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.
Zəfər Günü ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 44 ədəd xan çinar ağacı əkilmişdir.







































