3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
- Bu gün, 11:52
 - Maraqlı
 - 0
 - 30
 

3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev AMEA-nın ölkənin elmi potensialının formalaşmasında mühüm rol oynadığını qeyd etmiş, elmin inkişafının dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulamışdır. Dövlət başçısı bildirib ki, müasir dövrdə ölkələrin gücü təbii sərvətlərlə deyil, intellektual və texnoloji üstünlüklərlə ölçülür.
Prezident süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahələrinin inkişafını strateji prioritet kimi dəyərləndirərək alimləri bu istiqamətlərdə daha fəal olmağa çağırmışdır. O, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərində elmi bilik və araşdırmaların tətbiqinin vacibliyini qeyd etmiş, elmin iqtisadi, sosial və ekoloji sahələrdə innovativ yanaşmalarla inkişaf etməsinin zəruriliyini vurğulamışdır.
Prezident İlham Əliyev alimləri yubiley münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulamışdır.
Tünzalə Qardaşova,
Boradigah qəsəbəsi
            
            




























