AMEA-nın əməkdaşı Çində elmi məruzə ilə çıxış edib
- 28-06-2024, 19:44
- Maraqlı
- 0
- 96
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürov Çinin Hebey əyalətinin Siçzyaçjuan şəhərində “Xəzərdən Çinə: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda keçirilən beynəlxalq elmi konfransda “Azərbaycan-qazax ədəbi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Pekin İctimai Elmlər Akademiyasının əməkdaşı professor Li Syanın moderatorluğu ilə “Xəzər regionu-Mərkəzi Asiya-Çin: dil və ədəbiyyat” mövzusunda keçirilən bölmə iclasında azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb. İclasın şərhçisi, Tyantszin Şəhərsalma Universitetinin müəllimi professor Yao Çunlin məruzəni yüksək qiymətləndirib, Çində də qazax ədəbiyyatının tədqiqinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd edək ki, Hebey Pedaqoji Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransda Çin və Azərbaycan alimləri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Rusiya, İtaliya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və başqa ölkələrdən gəlmiş alimlər iştirak ediblər.
Beynəlxalq elmi konfransda Azərbaycan AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az