AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

    AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib


    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    AMEA-dan bildirilib ki, iclasda müzakirə olunan birinci məsələ Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında olub.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə də öz töhfəsini verir.

    AMEA rəhbəri Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin qeyd olunduğunu bildirib.

    Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu xatırladan akademik İsa Həbibbəyli bu gün alimlərimizin həmin bölgələrdə müxtəlif tədqiqatlar apardıqlarını, dövlətimizin quruculuq işlərinə töhfə verdiklərini diqqətə çatdırıb. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsinin Azərbaycanın beynəlxalq arenada malik olduğu hörmət və nüfuzunun göstəricisi olduğunu söyləyib.

    İclasda AMEA-nın elmi bölmələrinə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı AMEA-nın tədbirlər planının hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

    İclasda müzakirə olunan növbəti məsələ ölkə rəhbərinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub.

    Akademik İsa Həbibbəyli bildirib ki, sözügedən Sərəncamda AMEA-ya müvafiq dövlət qurumları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. AMEA prezidenti qeyd edib ki, Naxçıvan tarixən Azərbaycanın mühüm elm və təhsil mərkəzlərindən biri olub, Azərbaycana çox sayda görkəmli ziyalı, elm və mədəniyyət xadimləri bəxş edib. Müasir dövrdə də Naxçıvanda elm və təhsil özünün yüksək inkişaf mərhələsini yaşayır.

    “Bütün digər sosial-iqtisadi sahələrdə olduğu kimi, Naxçıvanda elmin inkişafında da Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olub. Bu baxımdan Heydər Əliyev tərəfindən 2002-ci il 7 avqust tarixli Sərəncamla AMEA-nın Naxçıvan bölməsinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Bunun bir tərəfdən böyük elmi-mədəni, digər tərəfdən isə strateji-siyasi əhəmiyyəti var. Bölmə fəaliyyət göstərdiyi müddət ərzində Naxçıvanın qədim tarixinin, zəngin mədəni mühitinin, görkəmli klassiklərimizin, dərin köklərə malik folklorumuzun, arxeologiya və etnoqrafiyanın öyrənilməsi, Naxçıvanda mövcud olan təbii sərvətlərin tədqiq olunaraq müxtəlif istehsal sahələrində tətbiqi, informasiya-telekommunikasiya texnologiyalarının bölgədə tətbiqinin diqqət mərkəzində saxlanılması, regionun özünəməxsus fauna və florasının öyrənilməsi, xüsusilə də dərman bitkiləri tədqiqi və s. istiqamətlərdə uğurla fəaliyyət göstərmişdir”, - deyə akademik söyləyib.

    İclasda Rəyasət Heyəti tərəfindən Naxçıvanın tarixinin, mədəniyyətinin, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının tədqiqi və təbliği məsələlərinə dair, eləcə də Ümummilli Liderin dövlət quruculuğu siyasəti və Naxçıvanın sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında və blokadadan çıxarılmasında Heydər Əliyevin tarixi xidmətləri, dahi liderin Naxçıvanda elmin inkişafı strategiyası, Prezident İlham Əliyevin dövlət siyasətində Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və hərbi potensialının gücləndirilməsi və inkişaf etdirilməsi strategiyasına uyğun geniş tədbirlər planının hazırlanması qərara alınıb.

    Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb. İ.Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

    Daha sonra Sərəncamın icrasını təmin etmək məqsədi ilə akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.

    İclasda AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun akademiyanın yeni Nizamnaməsinə uyğun təşkili haqqında da müzakirələr aparılıb.

    Bundan əlavə, iclasda AMEA-nın yeni loqotipinin (embleminin) hazırlanması üçün müsabiqənin keçirilməsi qərara alınıb. Akademik İsa Həbibbəyli bildirib ki, dövlətin elmi fəaliyyət sahəsində siyasətinə uyğun olaraq, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da islahatlara start verilib. Həmin islahatlar içərisində elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin yeni əsaslar üzərində qurulması, AMEA-nın cəmiyyətdə korporativ imicinin formalaşdırılması və onun təbliği əsas istiqamətlərdən birini təşkil edir.

    Bu islahatlar, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlib.

    AMEA-nın yeni korporativ imicinin formalaşdırılması və təbliğinin Akademiyanın tarixinə, son dövrlər onun fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə və müasir informasiya cəmiyyətinin tələblərinə müvafiq şəkildə qurulması üçün onun bütöv quruluşa malik, zahiri simvol və ya qrafika kimi xarakterizə olunan fərqləndirici simvolunun – loqotipinin (emblem) dəyişdirilməsi zərurəti yaranıb. AMEA-nın loqotipi (emblem) hazırlanarkən müasir dünyanın elmi çağırışları, Azərbaycanda elmin inkişaf tarixi və ənənələri, milli elmi nailiyyətlər, Akademiyanın əsas məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, hədəfləri və s. ilə bağlı simvol və elementlər əsas götürülməlidir.

    Rəyasət Heyəti tərəfindən qeyd olunanları nəzərə alaraq, AMEA-nın yeni loqotipinin (emblem) hazırlanması üçün müsabiqə elan edilməsi qərara alınıb və müsabiqə komissiyası yaradılıb. Müsabiqədə yalnız təsviri sənətlə məşğul olan AMEA əməkdaşları iştirak edə bilərlər.

    İclasda, o cümlədən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin və Milli Məclisin deputatı Fəzail Ağamalının AMEA-nın Qərbi Azərbaycan Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibinə daxil edilməsi qərara alınıb.

    İclasda qeyd olunan məsələlər ətrafında akademiklər – Arif Həşimov, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, İsmayıl Hacıyev, Muxtar İmanov, Teymur Kərimli, AMEA-nın müxbir üzvləri – Qurban Yetirmişli, Ərtegin Salamzadə, Musa Qasımlı, professorlar - İlham Məmmədzadə, Məmməd Əliyev, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    Sonda bir sıra cari məsələlər müzakirə olunub







    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ