Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
- Dünən, 16:46
- Maraqlı
- 0
- 115
Masallı şəhərində nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi və yol hərəkətinin tənzimlənməsi məqsədilə yeni asfaltlanmış yollarda hərəkət nişanlanma xətləri çəkilib. İşlər çərçivəsində piyada zolaqları, dönmə istiqamətləri və dayanma xətləri xüsusi boyalarla işarələnib.
Görülən tədbirlər nəticəsində şəhər yollarında nəqliyyat axınının nizamlanması, piyadaların və sürücülərin hərəkətinin daha təhlükəsiz şəkildə təmin olunmasına şərait yaradılıb.
Qeyd edək ki, Masallı şəhərində yol infrastrukturu ilə bağlı abadlıq və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.


































