Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025 » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025

    Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025

    Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ərazilərdə əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa, abadlıq, elektrik, qaz, su xətlərində təmir və yenidənqurma işləri aparılmışdır. Əkin sahələrinin suvarılmasından ötrü su kanallarının təmizlənməsi və bərpası işləri görülmüşdür. Aztəminatlı ailələrə və yardıma ehtiyacı olan şəxslərə maddi yardım göstərilmişdir.

    Belə ki, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Xıl ərazisində 180 metr, Ərkivan ərazisində 150 metr və Mahmudavar ərazisində 100 metr məsafədə kanal təmizlənmişdir.

    Bədəlan ərazisinin Çayqıraq kəndində xeyriyyəçilərin maddi dəstəyi ilə 400 metr məsafədə suötürücü kanal qazılmış və 4 ədəd suötürücü boru qoyulmuşdur.

    Masallı rayon Elektrik şəbəkəsi tərəfindən Yeyənkənd ərazisində 1 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuş və elektrik xətlərinə maneə yaradan ağaclar budanmışdır.

    Banbaşı ərazisinin Böyük Xocavar kəndində Masallı Qaz İstismarı İdarəsi tərəfindən qaz xətlərində təmir işləri aparılmışdır. Qəriblər ərazisinin Şıxlar kəndinə yeni qaz xəttinin çəkilişinə başlanılıb. Təzə Alvadı ərazisində qaz xəttinin çəklişi davam etdirilir.

    Mahmudavar kəndinin girişində mişar daşından tanıtım lövhəsinin inşasına başlanılmışdır. Lürən ərazisində olan körpünün ətrafı təmizlənmiş və körpü rənglənmişdir. Banbaşı ərazisinin Böyük Xocavar kəndində xeyriyyəçilər tərəfindən su quyusunun yanmış motoru təmir edilmişdir.

    Yeyənkənd ərazisində nümayəndəlik tərəfindən aztəminatlı ailə odun yanacağı ilə təmin olunmuşdur. Ərkivan qəsəbəsində bələdiyyə tərəfindən 5 aztəminatlı ailəyə maddi yardım göstərilmişdir. Qızılağac ərazisində bir aztəminatlı şəxsə və aztəminatlı ailəyə maddi yardım göstərilmiş, həyətinə çınqıl döşənməsi təmin olunmuşdur. Yeddioymaq ərazisində xeyriyyəçilər tərəfindən iki aztəminatlı şəxsə maddi yardım olunmuşdur. Mahmudavar ərazisində bələdiyyə tərəfindən Vətən müharibəsi iştirakçısının həyətinə  çınqıl döşənmişdir. Kolatan Bələdiyyəsi tərəfindən Vətən müharibəsi iştirakçısına və aztəminatlı ailələrə maddi yardım göstərilmişdir.


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ