Statistikanın əhəmiyyəti » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Statistikanın əhəmiyyəti

    Statistikanın əhəmiyyəti

     

    20 oktyabr Ümumdünya statistika günü BMT Baş Assambleyası tərəfindən 2010-cu ildə təsis edilmiş və hər beş ildən bir qeyd olunması qərara alınmışdır. BMT-nin Statistika Komissiyasının 2025-ci il 4–7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında Ümumdünya statistika günü ilə bağlı BMT Baş katibinin məruzəsi təqdim olunmuş və bu əlamətdar gün  “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı ilə keçirilməsi qərara alınmışdır.

    Ümumdünya statistika gününün əsas məqsədi statistikanın cəmiyyətin inkişafında rolunu vurğulamaq, rəsmi statistikanın etibarlılığını və peşəkarlığını aşılamaq, statistik məlumatların faydalılığını və ictimai əhəmiyyətini nümayiş etdirməkdir. Həmçinin sosial, iqtisadi və ekoloji sahələrdə statistikanın düzgün qərar verməkdə və siyasət hazırlamaqda necə vacib olduğunu nümayiş etdirmək, insanların statistik məlumatlara etibar etməsi, onları başa düşməsi və gündəlik həyatda istifadə etməsi üçün ictimaiyyətin maarifləndirilməsi, statistik sahədə işləyən mütəxəssislərin fəaliyyətini ön plana çıxarmaq və gənc nəsli statistikaya maraq göstərməyə həvəsləndirmək bu günün keçirilməsində əsas məqsədlərdəndir.Eyni zamanda, bu gün statistika mədəniyyətinin inkişafını, şəffaflığın təmin edilməsini və beynəlxalq məlumat mübadiləsini təşviq edir.

    Statistika yalnız rəqəmlərdən ibarət deyil; o, dünyanın anlaşılması, problemlərin təhlili və inkişafın istiqamətləndirilməsi üçün mühüm bir alətdir. Statistik məlumatlar dövlətlərə, təşkilatlara və fərdlərə istiqamət verən kompas rolunu oynayır. Dövlət siyasətinin hazırlanmasında, biznes strategiyalarının optimallaşdırılmasında və sosial problemlərin həllində statistik göstəricilər, faktlara əsaslanan qərarların qəbul edilməsinə zəmin yaradır. Qısaca qeyd etsək, statistika keçmiş məlumatlara baxaraq gələcəyin proqnozlaşdırılmasıdır. 

    Statistika mürəkkəb məsələlərin müzakirəsi üçün vahid bir dildir. İqlim dəyişikliyi, iqtisadi bərabərsizlik və əhalinin sağlamlığı kimi çoxşaxəli və mürəkkəb mövzuların cəmiyyət üçün anlaşılan şəkildə təqdim olunmasında statistikanın əhəmiyyəti əvəzsizdir.

    Məhz statistik məlumatlar sayəsində mütəxəssislərlə geniş ictimaiyyət arasında körpü qurulur. Bu da məlumatlı müzakirələrin, ictimaiyyətin qərarvericilərə nəzarət imkanlarının və sosial şüurun artmasına səbəb olur. Beləliklə, statistika yalnız rəqəmlər toplusu deyil, cəmiyyətin anlayışını formalaşdıran, maarifləndirən və qərarverməyə istiqamət verən güclü bir vasitədir.

    Statistik məlumatlar yalnız məlumatlandırmaqla qalmır, həm də dövlət və cəmiyyət arasındakı etimadı gücləndirir və ictimai nəzarəti təmin edir.

    Statistika elmi tədqiqatların təməlini təşkil edir.
    O, alimlərə məlumat toplamağa, təhlil etməyə və şərh etməyə imkan verir, bu da onların düzgün və keyfiyyətli nəticələr çıxarmasına, əhəmiyyətli elmi nailiyyətlər əldə etməsinə şərait yaradır. Onu da qeyd etmək lazımdır ki, statistika olmadan elmi tərəqqi ciddi şəkildə ləngiyər, bilik axtarışı isə xeyli dərəcədə səmərəsiz olardı.

    Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda milli statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə onun rəhbərliyi ilə başlanmış və sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan vermiş, hüquqi baza yaradılmış, statistikanın inkişafına dair ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilmişdir. Bu proqramlar çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilmiş, o cümlədən milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görülmüşdür. Bunun nəticəsidir ki, ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılmış qlobal qiymətləndirmədə xarici ekspertlər Azərbaycanın milli statistika sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirərək onun beynəlxalq standartlara uyğun olduğunu qeyd etmiş, Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində nüfuzlu beynəlxalq audit şirkətləri tərəfindən İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür.

    Həmçinin cari ilin 24-26 sentyabr tarixlərində Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda III Beynəlxalq Statistika Forumu keçirilmişdir. Forumun məqsədi müasir dövrdə statistikanın inkişaf istiqamətlərini müzakirə etmək, beynəlxalq təcrübəni paylaşmaq və statistik sistemlərin modernləşdirilməsində beynəlxalq layihələrin rolunu gücləndirmək olmuşdur. Forumda milli statistika xidmətlərinin, beynəlxalq təşkilatların, dövlət qurumlarının və tədqiqat dairələrinin nümayəndələri iştirak etmişdir.

    Sonda qeyd etmək lazımdır ki, Ümumdünya Statistika Günü, yalnız statistik işçilərin peşə bayramı deyil, həm də keyfiyyətli məlumatın, şəffaflığın və elmi əsaslı idarəetmənin təntənəsidir. Bu gün bizə bir daha xatırladır ki, dünyanın inkişafı və cəmiyyətin rifahı yalnız etibarlı, dəqiq və operativ statistik məlumatlara əsaslanaraq təmin oluna bilər.

     

     
    Ramin Bəgəlizadə,
    Masallı Rayon Statistika İdarəsinin rəisi 

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ