Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
- Bu gün, 17:28
- Maraqlı
- 0
- 73
22 oktyabr 2025-ci il tarixində Masallı şəhərində şəhid Hadıyev Vüsal Balarəzi oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Vüsal Hadıyevin şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, Hüquq şöbəsinin məsləhətçisi Azər Bəhmənov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.