Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
- Dünən, 20:05
- Maraqlı
- 0
- 40
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.
Belə ki, 47 saylı Yol İstismarı MMC tərəfindən Təklə və Tüklə kəndlərinin mərkəzi yolu cari təmir edilmişdir. Tüklə ərazisinin Məmmədoba kəndində 750 metr məsafədə kənddaxili yola asfalt qırıntısı döşənmişdir.
Bədəlan ərazisinin Çayqıraq kəndində 800 metr, Banbaşı ərazisində 550 metr, Xırmandalı ərazisində 450 metr, Yeyənkənd ərazisində 450 metr, Təzəkənd ərazisində 270 metr, Şərəfə ərazisində 200 metr, Musakücə kəndində 100 metr və Təklə ərazisinin Sığıncaq kəndində 100 metr məsafədə kənddaxili yola çınqıl döşənmişdir.
Çaxırlı ərazisinin Kəlbəhüseyinli kəndində 300 metr məsafədə kənddaxili yol cari təmir olunmuşdur.
Xırmandalı ərazisində bələdiyyə tərəfindən 1.8 km məsafədə yol qreyderlə hamarlanmışdır.
Güllütəpə ərazisində yollarda cari təmir işləri aparılmışdır.
Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilmişdir.






























