Azərbaycan Prezidentinə yazırlar
- Dünən, 16:59
- Maraqlı
- 0
- 21

Hörmətli cənab Prezident,
Mən, müasir və müstəqil Azərbaycan Respublikasının qalib və qürurlu vətəndaşlarından biri olaraq, ölkəmizin güclənməsi, xalqımızın rifahı və Qarabağın azadlığı uğrunda gördüyünüz misilsiz xidmətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Son 25-30 ildə Azərbaycanın keçdiyi sürətli inkişaf yolu dünya üçün böyük bir nümunədir. Təsadüfi deyildir ki, hazırda bir çox ölkələr tərəfindən ölkəmizin inkişaf yolu tədqiq olunur, dərindən öyrənilir. Hər bir vətənpərvər azərbaycanlı bununla öyünə, fəxr edə bilər.
Cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, ədalətli mövqeyiniz və xalqla birliyiniz biz gənclərə böyük ruh, qürur və inam verir. Azərbaycanın gələcəyi naminə gördüyünüz misilsiz işlərə görə Sizə minnətdaram və möhkəm cansağlığı arzulayıram.
Hörmət və ehtiramla,
Məhəmməd Abıyev
Azərbaycan Respublikası, Masallı şəhəri.