Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
- Bu gün, 16:43
- İqtisadiyyat
- 0
- 7

Masallı rayonunda elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər uğurla davam etdirilir. Bu çərçivədə Masallı Elektrik Şəbəkəsinin əməkdaşları rayonun Şərəfə kəndində 700 metr uzunluğunda 35 KVA-lıq yerüstü elektrik xəttini yeraltı kabellərlə əvəzləyirlər.
Layihənin məqsədi kənd əhalisinin dayanıqlı və təhlükəsiz enerji təchizatını təmin etmək, həmçinin elektrik şəbəkəsinin müasir tələblərə uyğunlaşdırılmasıdır.
Yeraltı elektrik xətləri həm hava şəraitindən asılı olmayan fasiləsiz enerji təminatına, həm də ətraf mühitin estetik görünüşünün yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda qəza risklərini minimuma endirərək, sistemin etibarlılığını artırır.
Bu işlər ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin Masallı rayonunda da uğurla icra olunduğunu göstərir.