Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
- Dünən, 16:13
- Maraqlı
- 0
- 13

Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Belə ki, 2025-ci ilin 01-15 iyul tarixlərində Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Msallı şəhər, Təklə, Sığdaş və Sərçuvar ərazilərində şəhid məzarları ziyarət edilmiş, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görüşlər keçirilmiş və onların problemləri dinlənərək həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.