Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir

    Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir

     

    Bakı Avropanın 10 ölkəsini qazla təmin edir ki, onlardan səkkizi Aİ üzvləridir. Bu ölkələrdən biri də Macarıstandır. Ukrayna-Rusiya gərginliyindən ən çox iqtisadi zərər görən Avropa dövlətlərindən biri də Macarıstandır. Bu, həm onun Aİ üzvü olması, həm də Ukrayna ilə vahid sərhədinə görədir. Macarıstan Rusiya qazının sabit alıcısıdır. Hərbi əməliyyatlar mavi yanacağın etibarlı şəkildə Avropaya nəqlini mümkünsüz edir. Üstəlik, nəzərə almaq lazımdır ki, Ukrayna bu ilin əvvəlində öz ərazisindən keçən qaz kəmərlərinin fəaliyyətini dayandırıb. Bu gedişatdan ən çox əziyyət çəkən ölkələrdən biri də Macarıstandır və Viktor Orbanın dediyi kimi, belə bir reallıqda rəqbətədözümlü iqtisadiyyatın qurulmasından söhbət gedə bilməz. 

    Məhz bu baxımdan Azərbaycanın Macarıstana göstərdiyi enerji dəstəyi Budapeştdə yüksək qiymətləndirilir və birgə bəyanatın verilməsi mərasimində Viktor Orbanın bu məqam üzərində xüsusi dayanması olduqca əlamətdardır: "Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir".

    Azərbaycan Prezidentinin də mövzu ilə bağlı Macarıstanı əmin edəcək bəyanatla çıxış etməsi ikitərəfli münasibətlərin nə qədər möhkəm fundamentlər üzərində bərqərar olduğunu göstərir: "Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir". 

    Azərbaycanla Macarıstanın enerji gündəmində daha iki məqam var. Bunlardan birincisi, macar şirkətlərinin Azərbaycanın neft və qaz yataqlarının istismarı prosesinə qoşulmalarıdır. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında. 

    Prezident  İlham Əliyevin Budapeştdə bildirdiyinə görə, gələn ilin əvvəlində Macarıstanla növbəti kontrakt imzalanacaq. Macarıstan lideri bu məsələyə ciddi önəm verir: "Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik".

    İkinci məsələ isə modern dünyanın əsas iqtisadi trendlərindən biri olan "yaşıl enerji" sahəsindəki əməkdaşlıqdır. Macarıstan Azərbaycanda istehsal olunacaq ekoloji cəhətdən təmiz enerjinin Avropaya nəqlini təşkil edəcək beynəlxalq konsorsiumun dörd üzvündən biridir. Gürcüstan və Rumıniyanın da daxil olduğu bu işbirliyi əsasında Azərbaycanın bərpaolunan ekoloji cəhətdən təmiz enerjisi Qara dənizin dibi ilə Avropaya nəql ediləcək. Bu prosesin ilkin son ünvanı kimi Macarıstan göstərilir, ancaq şübhə yoxdur ki, tələbatın aktivliyi baxımından Budapeşt Avropa üçün bir qovşaq rolunda da çıxış edə bilər.  

    Beləliklə, Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfəri Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısı fonunda ikitərəfli münasibətləri müzakirə etmək üçün olduqca əlverişli zaman kəsiyinə təsadüf edir. Dünyanın qlobal problemləri bölgələrimizə və dövlətlərimizə də təsirsiz ötüşmür. Belə bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir. Dövlətimizin maraqları və liderlərimizin prinsipial mövqeyi hər iki ölkə üçün optimal çıxış yollarının tapılmasının başlıca təminatçısıdır. 


     

    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis 

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ