Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 09:54
- Maraqlı
- 0
- 50

Çox hörmətli cənab Prezident,
Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da abadlıq-quruculuq işləri görülür. Bizim Qəriblər kəndi ərazisində, eyni zamanda digər kəndlərdə və rayon mərkəzində çox xoşagələn işlərin şahidiyik. Bütün bu işlər rayon sakinlərinin ürəyincədir.
Siz vətəndaşların qayğısına qalırsınız, hər zaman xalqın yanındasınız. Əhalinin sosial problemlərinin həlli də daim Sizin diqqət mərkəzinizdədir.
Bu qayğıkeş münasibət bizi sevindirir, Sizə olan məhəbbətimizi, inam və güvənimizi daha da artırır.
Masallı rayonunun çoxsaylı vətəndaşları adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Biz Müzəffər Ali Baş Komandanımızla, Qəhrəman Prezidentimizlə fəxr edirik.
Hörmətlə,
İldırım Allahyarov,
sahibkar
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.




























