O, həmişə bizimlədir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » O, həmişə bizimlədir

    O, həmişə bizimlədir



    Dünyaşöhrətli siyasətçi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında danışmaq çox böyük məsuliyyət tələb edir. İllər, qərinələr, əsrlər arxada qaldıqca Azərbaycan xalqı dahi Heydər Əliyevi həmişə böyük hörmətlə yad edəcək, onu xatirələrdə ən əziz bir insan kimi əbədi yaşadacaqdır.

    Ulu öndər Azərbaycan xalqının bütün çətin, ağır, kədərli, sevincli anlarında onunla oldu, onu düşündü və ona uzun müddət xidmət etdi. Bu böyük şəxsiyyətin adı dünya siyasi fikir tarixinə həkk olunmuşdur. İstər Sovet dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olarkən həyata keçirdiyi böyük işlərlə ölkəni ağır vəziyyətdən qurtarıb dünyanın tanınmış və qabaqcıl dövlətləri sırasına çıxaran Heydər Əliyev dühası oldu. Bu ağır və şərəfli vəzifəni yalnız Heydər Əliyev kimi Şəxsiyyət yerinə yetirə bilərdi.

    Ulu öndər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının Ümummilli lideri idi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dediyi kimi: "O, Azərbaycana sığışmırdı, onun masştabı bütöv dünyanın, Şərqin də, Qərbin də meridianları boyuna hesablanmışdır". Heydər Əliyev fenomeni haqqında siyasətçilər, tarixçilər, filosoflar, müxtəlif peşə sahibləri hələ uzun illər araşdırmalar, təhlillər aparacaq və onu öyrənəcəklər. Onun haqqında istər ölkəmizdə, istərsə də müxtəlif ölkələrdə çoxlu kitablar, məqalələr və digər əsərlər yazılmış və bu iş davam edəcəkdir. Mən isə bu tarixi şəxsiyyətlə müstəqil Azərbaycanın ən ağır, keşməkeşli, dirçəliş yoluna yenicə qədəm qoyduğu bir dövrdə və Sovet illərində ulu öndərin rəhbərliyi altında müxtəlif vəzifələrdə çalışan bir əməkdaş kimi onda müşahidə etdiyim qeyri-adi bəzi insani keyfiyyətlər haqqında təəssüratlarımı bildirməyə çalışacağam.

    Sən demə, dahi şəxsiyyətlər dahi olduqları qədər də sadə olurmuşlar. Heydər Əliyev görüşdüyü şəxslərlə elə danışırdı ki, sanki onunla çoxdan yaxın imiş. Ancaq biz yaxşı bilirdik ki, Heydər Əliyevlə hər hansı bir məsələ haqqında danışa bilmək üçün nə qədər ciddi hazırlaşmaq lazımdır. O, sənə hər cür şərait yaradırdı ki, sərbəst danışasan, həm də dərhal hiss edirdi ki, sən buna tam hazırlaşmısan, ya yox. Görəndə ki, müsahibi hələ işin içində tam deyil, onunla söhbəti kəsir və üzünü işi bilənə sarı döndərirdi. Səni öz hərəkəti ilə başa salırdı ki, məsələni tam öyrənməmisən. Bu, onun müsahibinə həm dərsi, həm də qayğısı idi.

    Heydər Əliyevlə adi söhbətimizdə belə hər sözünə diqqət yetirməli idik. Onun məntiqi çox güclü idi. Ən güclü siyasətçilər, dövlət xadimləri belə onunla ehtiyatla danışırdılar. Onun məntiqi elə güclü idi ki, elə bil bütün sahələr, ixtisaslar üzrə kamil bir mütəxəssisdi. Təəccüblənirdik ki, böyük dövlət işləri və dünya siyasəti ilə məşğul olan bu rəhbər nə zaman vaxt tapıb, məsələni səndən fərqli olaraq tam dərinliyi ilə öyrənmişdir.

    O, sözün əsl mənasında, böyük bir tarix və canlı ensiklopediya idi. Müxtəlif ixtisas sahibləri onunla hansı mövzu ətrafında danışırdılarsa, o, həmin mövzuya dair yeni bir fikir irəli sürər və onları valeh edərdi. Bir çox beynəlxalq məclislərdən sonra bizdən soruşurdular ki, sizin ölkə başçısı deyəsən filosofdur, bəzisi deyirdi ki, yox, əsl hüquqşünas, digəri memar və s. mütəxəssisdir - deyə heyrətlənirdilər. Heydər Əliyevlə rayonlara zona üzrə müşavirələrə gedərkən, onunla yol yoldaşı olmaq böyük xoşbəxtlik idi. Çox maraqlı söhbətləri vardı, ancaq o söhbətlərin özü də dövlətə, xalqa fayda vermək məcrasında aparılırdı. Belə müşavirələrdə sadə əmək adamları ilə görüşüb, onların vəziyyəti ilə maraqlanır və dərhal aidiyyəti nazirliklərə məsələnin həllinə dair göstərişlər verirdi.

    Ulu öndər xalqını, vətənini, millətini çox sevirdi. O, tez-tez deyirdi ki, mən xalqımla, ölkəmlə, azərbaycanlı olmağımla fəxr edirəm: "İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam. Əgər hansısa bir namərd gülləsi, hansısa bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq". Vətəninə, millətinə, dövlətinə sədaqətin bundan artıq nümunəsini təsəvvür etmək çətindir.

    Onun ən ali xüsusiyyətlərindən biri də daima quruculuq işləri aparmaq, yaratmaq və qurmaq həvəsilə yaşaması idi. Nələr yaratmadı, tikdirmədi o Azərbaycanda?! "… dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir", - deyirdi ulu öndər. Heydər Əliyevin rəhbərliyi dövründə iri şərab, konserv zavodları, çay, tütün fabrikləri, böyük suvarma qurğuları və digər müəssisələr tikildi. Kənd təsərrüfatı ən gəlirli sahəyə çevrildi. Ölkədə heyvandarlıq məhsullarının istehsalı 3-4 dəfə, üzüm istehsalı 6 dəfə artdı. Respublikaya güclü texnika, maşın və avadanlıqlar gətirildi. Hər il respublika o zaman SSRİ-nin ən yüksək mükafatı sayılan keçici bayraqlar və böyük pul mükafatları ilə təltif edildi. Rayonlarda və kəndlərdə böyük abadlıq işləri aparıldı, əhali varlanaraq özlərinə on minlərlə yeni müasir evlər tikdirdi və s. Bütün bunlar Heydər Əliyevin gecə-gündüz gərgin əməyi, dərin zəkası, tələbkarlığı, böyük dövlətçilik təcrübəsi hesabına başa gəlirdi. Keçmiş SSRİ-də hamı onun işinə heyran idi. Heydər Əliyev Moskvada ən böyük vəzifədə işlədiyi dövrdə də daim Azərbaycanı düşünür, ən çətin işlərdə bizə köməklik göstərirdi.

    O, özü üçün də, milləti, xalqı üçün də Azərbaycan adlı abidə qoyub getdi. Tikmədi, qurmadı ki, özü qala, tikdi, yaratdı, qurdu ki, izi qalsın. Həqiqətən də bu gün ölkəmizin hansı guşəsinə baxsan, orada bu böyük insandan bir iz görərsən. Heç vaxt, tarixin heç bir dönəmində silinib pozulmayacaq bir iz!

    haqqında bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara ətraflı məlumat verir, Ermənistanın bizim torpaqlarımızı işğal etdiyini arqumentlərlə sübut edirdi. Bu böyük şəxsiyyətin bu gün qoyub getdiyi irsə müraciət edəndə görürük ki, o vaxt bizim üçün çıxılmaz sayılan məsələləri necə də müdriklik və uzaqgörənliklə həll etmişdir.

    Bu gün Azərbaycan dövlətinin sükanı arxasında dayanan Prezidentimiz İlham Əliyev dahi Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi, layiqli davamçısıdır. Cənab İlham Əliyevin gördüyü işlərə nəzər yetirəndə buna tam əmin olursan. O, dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəyişməzdir, dönməzdir. Çünki bu yol ölkəni inkişafa aparan yeganə düzgün yoldur. Xalqımız cənab Prezident İlham Əliyevə inanır və onun siyasi kursunu və şəxsiyyətini dəstəkləyir.

    Bəli, Heydər Əliyev Azərbaycanı fəlakətdən qurtardı, bu gününü qurub-yaratdı, sabahını da düşündü və bizə böyük miras qoyub getdi. İlham Əliyevin mənəvi zənginliyini, yüksək keyfiyyətləri, azərbaycançılığın inkişafında uğurlara imza atacağı barədə ulu öndərin dahilik fəhmi ilə bildirdiyi müdrik fikirlər artıq reallığa çevrilmişdir:

    "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, YAP sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də YAP bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

    Böyük uzaqgörənliklə deyilən fikirlər bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşmış, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilmiş, torpaqlarımız erməni işğalından birdəfəlik azad edilmişdir. Azad olunan ərazilərdə nəhəng bərpa işləri həyata keçirilməkdədir. Cənab İlham Əliyevin gördüyü işlər Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaqdır. Prezident İlham Əliyevin yaratdığı xarüqələr tarixçilər, alimlər, müxtəlif yazarlar tərəfindən uzun illər, əsrlər boyu ətraflı yazılacaq.

    Ulu öndərin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. Tarix belə nadir şəxsiyyətləri heç vaxt unutdurmur. Odur ki, nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, ümummilli lider Heydər Əliyev də tarixdə qalacaqdır.







    İmran ƏBİLOV,
    Azərbaycan Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi,
    Respublika Veteranlar Təşkilatı
    Rəyasət Heyətinin üzvü.



    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ