15 İyun- Azərbaycanın xilas və nicat tarixidir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 15 İyun- Azərbaycanın xilas və nicat tarixidir

    15 İyun- Azərbaycanın xilas və nicat tarixidir


    15 İyun - Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gündür. Bu tarix məhz Azərbaycan xalqının xilaskar oğlu, bütün mənalı ömrünü öz xalqına həsr edən görkəmli siyasətçi, dövlət xadimi, müasir və müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
       
    Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyinin bu günü, gələcəyi üçün böyük və zəngin bir irs qoyub. Dünyanın ən görkəmli liderləri Ümummilli Lider Heydər Əliyev siyasətinin qarşısında, sözün böyük anlamında, səcdə ediblər. Çünki Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun Ulu Öndər Heydər Əliyev kimi böyük lideri olub. Bu liderin böyüklüyü bir də ondadır ki, Onun xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur.
     
    15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olub. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, Azərbaycanın müstəqilliyini təmin etdi. Ulu öndər, həmişə qeyd edirdi ki,” dövləti olmayan xalq ölümə məhkumdur. Biz azadlığımızın, müstəqilliyimizin yolunu gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəbdir.”

    1993-cü ilin əvvəllərində artıq Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. O zaman Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. AXC-Müsavat iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik, hakimiyyət uğrunda didişmə dövlətin bütün sahələrinə sirayət etmişdi. Tarixi düşmənimiz ermənilər bir-birinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi. Azərbaycanı parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək reallıqdan çox uzaq görünürdü. Bu zaman xalqın təkidli dəvətini qəbul edən Ulu Öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da, daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı.
               
    Xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Liderimiz Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Əlbəttə, bu sabitliyin mənbəyi Azərbaycan xalqının öz liderinə sonsuz etimadı və dəstəyi olub. Ulu Öndər məhz bu sevgiyə, dəstəyə arxalanaraq bütün taleyüklü məsələləri böyük ustalıqla həll edib".
     
    Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, Onun qətiyyətlə, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazandı.Ümummilli Liderin yorulmaz fəaliyyətləri nəticəsində Azərbaycanın dünyada nüfuzu və mövqeyi güclənib, ölkəmiz beynəlxalq təşkilatlarda böyük uğurlar əldə edib.
         
    Bu gün də Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji kursu keyfiyyətcə və yeni müstəvidə davam etdirilir. Azərbaycan xalqı artıq üçüncü ildir ki, Milli Qurtuluş Gününü Zəfər çalmış xalq olaraq qeyd edir. Bu əlbəttə ki, ölkəmizin gücünün, dinamik inkişafının, müzəffər Ordunun, xalq-iqtidar birliyinin dünyaya bir daha nümayişi idi. 30 ilə yaxın bir zamanda düşmən işğalında qalan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsində azad edildi. Əlbəttə ki, bunun təməlində Ulu Öndər Heydər Əliyevin müdrik, düşünülmüş siyasəti dayanırdı.
     
    Ulu öndərin qurduğu Azərbaycan bu gün cənab Prezident İlham Əliyevin güclü siyasəti və müdrik rəhbərliyi ilə bütün dünyaya möhtəşəm tərəqqi və güc nümayiş etdirir, böyük dövlət xadimi Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası müasir və yeni Azərbaycanın gerçəklərində təzahür edir. Bu gün hər bir azərbaycanlı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri Ulu Öndər Heydər Əliyevi böyük hörmət və ehtiramla yad edir və daim edəcəkdir.




    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ