Azərbaycan Prezidentinə yazırlar
- 18-09-2025, 16:52
- Maraqlı
- 0
- 118
Hörmətli cənab Prezident!Siz Azərbaycana rəhbərlik etdiyiniz gündən ölkəmizin problemlərinin həlli istiqamətində böyük nailiyyətlər əldə edirsiniz. Ölkəmizdə görülən abadlıq-quruculuq işləri göz oxşayır. Davamlı olaraq bizim rayonda da yeniliklərin, müsbət dəyişikliklərin şahidi olur, qəlbən minnətdarlıq hissi duyuruq.
“Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 11 sentyabr tarixli Sərəncamınız Sizə bu məktubu yazmağı bizi vadar etdi.
Cənab Prezident, bizim Çayqıraq kəndinin yolunun əsaslı təmiri üçün lazımi vəsait ayrılması barədə göstəriş verdiyinizə görə Sizə kənd sakinləri adından dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Fədail Əhədov,
Bəymirzə Cəfərov,
Akif Abbasov,
Fikrət Cəfərov,
Zamiq Cəfərov
Azərbaycan Respublikası, Masallı rayonu, Çayqıraq kəndi.





























