Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 16:55
- Maraqlı
- 0
- 12

Hörmətli cənab Prezident,
Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncamınızı böyük sevinclə və minnətdarlıqla qarşıladıq. Bu Sərəncamın imzalanması vətəndaşların firavanlığının daha da yaxşılaşdırılması, rahatlığının təmin edilməsi istiqamətində atdığınız daha bir mühüm addımdır. Ümumiyyətlə, Siz gördüyünüz bütün işlərlə sübut edirsiniz ki, siyasətinizin mərkəzində insanların rahat həyat şəraitinin, rifahının təmin olunması dayanır. Sizin sərəncamlarınız və göstərişləriniz əsasında respublikanın bütün bölgələrində möhtəşəm abadlıq-quruculuq işləri həyata keçirilib, yeni yollar tikilib və ya mövcud yollar əsaslı təmir olunub. Bu günlərdə imzaladığınız, beş yaşayış məntəqəsinin səkkiz min nəfər əhalisinin rifahına xidmət edəcək Sərəncam bu işlərin davamlı xarakter aldığını bir daha təsdiq etdi.
Cənab Prezident, vətəndaşların firavanlığı naminə gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Uca Allah Sizi heç vaxt xalqımızın və dövlətimizin başı üzərindən əskik etməsin.
Hörmətlə,
Qəzənfər Fəttayev
Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi.