Главная > Aqrar > Masallının təsərrüfat sahələrində
Masallının təsərrüfat sahələrində20-04-2021, 17:18. Разместил: yeni321 |
![]() SƏRÇUVARDA POMİDOR ƏKİLİR ![]() Qısa müddətdə 30 hektardan çox sahəyə keyfiyyətli şitil köçürülmüşdür. Susevər bitkiyə hər gün qayğı göstərilir. KARTOFÇULUQ GƏLİRLİ SAHƏDİR![]() Təsərrüfatın ən sərfəli sahəsi olan kartofçuluq Masallı rayonunun iqtisadiyyatında mühüm rol oynayır. Hər il olduğu kimi bu il də Masallı fermerləri bu sahəyə önəm verir, kartofçuluğu daha da inkişaf etdirirlər. Masallı Statistika İdarəsindən aldığımız məlumatda göstərilir ki, fermerlər aprelin 1-nə kimi 839,1 hektar sahədə kartof əkmişlər. Bu sahəyə diqqət yetirən Təklə kəndi ərazisində 300 hektar, Təzə Alvadı kəndində 200 hektar, Xırmandalı kəndi ərazisində 70 hektar, Köhnə Alvadı kəndində 35 hektar sahədə kartof əkilmişdir. Bostan sahələri genişləndirilir![]() Qeyd etmək yerinə düşər ki, bostan sahələri bol günəş və vaxtında sulanan torpaqlarda böyüyür. Əkindən sonra cərgələr və su kanalları açılır. Bostan sahələrində lazım olan şəraiti yaradıb, tələb olunan qulluğu göstərdikdə bol məhsul götürmək mümkündür. Qızılağacda əkinə hazırlıq işləri![]() Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədovun verdiyi məlumata görə hazırda ərazidə yaz-tarla işlərinə hazırlıq işləri yüksək sürətlə həyata keçirilir. Belə ki, tarlalarda əkin sahələrinin suvarılması ilə bağlı su paylayıcı kanalların qazılması və təmizlənməsi işləri sürətlə davam etdirilir. Zəfərançılığa diqqət artır![]() Masallı Rayon Statistika İdarəsindən aldığımız məlumata görə bu il 7,5 hektar sahədə zəfəran toxumu əkilmişdir. Belə ki, Mahmudavar, Xırmandalı, Sığdaş, Qızılavar ərazilərinin hər birində bir hektar sahədə zəfəran yetişdirilir. Əkin davam edir. Mahmudavarda tezyetişən naringi tingləri əkilib![]() Hazırda əkin sahəsini suvarmaq məqsədilə tədbirlər görülür. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |