Главная > Dünya Xəbərləri > Ukraynada Masallıdan olan azərbaycanlıya yüksək vəzifə verilib
Ukraynada Masallıdan olan azərbaycanlıya yüksək vəzifə verilib16-02-2019, 14:27. Разместил: yeni321 |
![]() Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyatlar sferasını azərbaycanlıya həvalə edib. Yeniheyet.az “Report”a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun “Report”un Kiyev bürosuna verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayonundan olan, 1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib. Bu dairə İvano-Frankovsk və Çernovtsı vilayətlərini əhatə edir. R.Qasımov 1987-ci ildən Ukraynada yaşayır, İvano-Frankovsk Milli Qaz-Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirb. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan R.Qasımov daha sonra iki dəfə İvano-Frankovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin vilayət strukturunda çalışıb. O, həm də azərbaycanlıların diaspor hərəkatında fəaldır. Вернуться назад |