Главная > İdman > Masallılı paralimpiyaçının yeni qələbəsi
Masallılı paralimpiyaçının yeni qələbəsi26-12-2018, 20:53. Разместил: yeni321 |
![]() Boccia idman növü üzrə Paralimpiya Milli Komandamız İsrailin Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr) iştirak edib. Masallılı paralimpiyaçı Bəhruz Mirzəyev bu beynəlxalq turnirdə də rəqiblərindən daha güclü olduğunu sübut edib. Çempionatda Azərbaycan Millisi 6 idmançı ilə təmsil olunub. Yarışların yekun nəticələrinə görə bocciaçılarımızdan – BC-1 kateqoriyasında Mətanət Quliyeva I, BC-2 kateqoriyasında Sona Ağayeva II, Orxan Kərimov III, BC-4 kateqoriyasında Bəhruz Mirzəyev I, Xəyal İslamov isə II yeri tutub. Çempionatın sonunda Azərbaycan və İsrailin BC-1, BC-2 komanda və BC-4 cütlükləri güclərini sınayıb və milli komandamız qalib gəlib. ![]() Qüeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında yaradılan Boccia İdman Federasiyasının vitse-prezident Vüqar Əsgərov, baş katibi isə İlham Məhərrəmovdur. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |