Masallılı paralimpiyaçının yeni qələbəsi
- 26-12-2018, 20:53
- İdman
- 0
- 1 380

Boccia idman növü üzrə Paralimpiya Milli Komandamız İsrailin Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr) iştirak edib.
Masallılı paralimpiyaçı Bəhruz Mirzəyev bu beynəlxalq turnirdə də rəqiblərindən daha güclü olduğunu sübut edib.
Çempionatda Azərbaycan Millisi 6 idmançı ilə təmsil olunub. Yarışların yekun nəticələrinə görə bocciaçılarımızdan – BC-1 kateqoriyasında Mətanət Quliyeva I, BC-2 kateqoriyasında Sona Ağayeva II, Orxan Kərimov III, BC-4 kateqoriyasında Bəhruz Mirzəyev I, Xəyal İslamov isə II yeri tutub.
Çempionatın sonunda Azərbaycan və İsrailin BC-1, BC-2 komanda və BC-4 cütlükləri güclərini sınayıb və milli komandamız qalib gəlib.

Qüeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında yaradılan Boccia İdman Federasiyasının vitse-prezident Vüqar Əsgərov, baş katibi isə İlham Məhərrəmovdur.
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az